az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu
Təvəllüdü: 01.01.1953
Təhsili: Moskva Energetika İnstitutu, avtomatika və telemexanika
Elmi dərəcəsi: Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 05.13.14 – İnformasiyanın işlənməsi və idarəetmə sistemləri
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 2001
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 150
Xaricdə çıxmış elmi əsərlərin sayı: 58
Əsas elmi nailiyyətləri:

Böyük və ifrat böyük inteqral sxemlərin sıxlığını artırmaq üçün topoloji metodlar verilmiş, elementlərin kristal üzərində optimal yerləşdirilməsi və əlaqələndirilməsi məsələsi müntəzəm həll edilmişdir. Kompyuter şəbəkələrində idarə sistemlərinin funksional-topoloji quruluşu ilə tətbiq proseslərini əlaqələndirən optimal məsələlər həll olunmuşdur. Sərbəst topologiyaya malik kompyuter şəbəkələrində dayanıqlıq məsələsinin həlli metodları, bu tip şəbəkələr üçün ierarxik idarə sisteminin sintezi, paylanmış informasiya sistemləri üçün imitasiya modellərinin yaradılması metodları, paylanmış verilənlər bazalarında bütövlük məsələləri işlənmişdir. Paylanmış intellektual sistemlərin nəzəri və praktiki əsasları təklif edilmişdir. Qeyri-səlis relyasiya strukturlu paylanmış biliklər bazaları, onlar üzərində qərarların qəbulu və ekspert sistemləri yaradılmış, qeyri-səlis strukturlu biliklər bazalarında adaptasiya metodları  və ideal bilik bazasının riyazi modeli işlənib hazırlanmışdır. Hava hücumundan müdafiə sistemləri üçün uçuş informasiyalarının emalı və ixtisaslaşdırılmış METEO kompüter şəbəkəsi işlənmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 23
elmlər doktorlarının sayı: 3
Əsas elmi əsərlərin adları:
  1. Аббасов А.М., Алиев Э.Р., Мамедова М.Г., Джабраилова З.Г. Архитектура и принципы реализации распределенных систем принятия решений. Управляющие системы и машины, 1993, №5

  2. Abbasov A.M., Aliyev E.R, Mamedova M.G., Jabrayilova Z.G. "Management decision support systems of distributed structure", Proc. of IFAC Symposium on Large-scale Systems, Beijing, China, 1992

  3. Аббасов А.М., Алиев Э.Р., Мамедова М.Г. Методы организации баз знаний с нечеткой реляционной структурой. Монография, Баку, Элм, 1997

  4. Abbasov A.M., Mamedova M.G., Gasumov V.A. "Fuzzy relational model for processing of knowledge and decision making", IEEE Computer Society, IEEE Intelligent Systems, no.4, April, 2001. http://computer.org/intelligent

  5. Abbasov A.M., Mamedova M.G., Orujov G.G., Aliyev H. "Synthesis of methods for subjective methods representation in problems of fuzzy patterns recognition", Mecatronics, no.11, 2001

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

1997-ci ildə Nyu-York Elmlər Akademiyasının, 1998-ci ildə Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü seçilmişdir, 1994-cü ildən YUNESKO-nun informatika və telekommunikasiya üzrə ekspertləri sırasına daxil edilmiş, 1995-ci ildən ölkəmizi Avropa INTERNET Beynəlxalq kompyuter şəbəkəsi Assosiasiyasında (TERENA) təmsil edir.

Pedaqoji fəaliyyəti: Azərbaycan Texniki Universitetinin professoru
Vəzifəsi: Rabitə və İnformasiya Texnologiyaları Naziri
Xidməti tel.: (994 12) 4926043
Elektron poçtu: ali@elm.az