| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Bakı şəhəri |
![]() |
|
| Təvəllüdü: | 25.02.1934 | ||
| Təhsili: | Azərbaycan Sənaye İnstitutu (hazırda Azərbaycan Dövlət Neft Akademiyası), geoloji-kəşfiyyat fakültəsi | ||
| Elmi dərəcəsi: | Geologiya-mineralogiya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 25.00.02 - Paleontologiya və stratiqrafiya | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 1980, geologiya | ||
| Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: | 1989, geologiya | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 250, 5 monoqrafiya | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 28 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 4 | ||
| Əsas elmi nailiyyətləri: | Çoxillik tədqiqatlar əsasında Əli-zadə A.A. Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəalarını irəli sürmüş, bu qədim canlıların təsnifatı və filogeniyasını vermiş, paleozoocoğrafi rayonlaşdırma prinsiplərini işləyib hazırlamış, ekologiya və paleontologiyaya dair məsələləri işıqlandırmışdır. Təbaşir dövründə Aralıq dənizi höfzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında önçüllük A.A.Əli-zadəyə məxsusdur. Onun tərəfindən Qafqazın təbaşir höfzələrinin biogeokimyəvi rayonlaşdırılması metodlarının işlənməsi və təkamül amili paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparılmışdır. İlk dəfə olaraq izotop paleotermometriya üsulu ilə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin etmişdir. Azərbaycanın təbaşir çöküntülərinin paleontologiya və stratiqrafiyası üzrə fundamental işlərə görə Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. Azərbaycanın təbaşir çöküntülərinin regional stratiqrafiyası. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 15 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: |
Azərbaycan geoloqlarının Milli Komitəsinin prezidenti; idarələrarası
stratiqrafiya komitəsinin sədridir, Azərbaycan Milli Elmi Fondun himayəçilər
şurasının üzvüdür. |
||
|
|
Təltif və mükafatlar: |
"Fədakar əməyə görə" medal - 1970; |
|
| Pedaqoji fəaliyyəti: |
Azərbaycan Neft Akademiyası – geoloji-kəşfiyyat fakültəsi |
||
| İş yeri və ünvanı: |
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AZ1001,
Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küçəsi, 10 AMEA Geologiya İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29a |
||
| Vəzifəsi: | Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti AMEA Geologiya İnstitutu, direktor |
||
| Xidməti tel.: | (994 12) 5372287 | ||
| Ev tel.: | |||
| Faks: | (994 12) 5372287 | ||
| Elektron poçtu: | ak.alizade@gia.ab.az ; gia@azdata.net | ||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011