az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın həqiqi üzvləri Qərib Şamil oğlu Məmmədov

Anadan olduğu yer: Ermənistan Respublikası, Amasiya rayonu, Yeni Yol kəndi    

  
Təvəllüdü: 06.01.1947
Təhsili: Azərbaycan Dövlət Pedoqoji İnstitutu, coğrafiya-biologiya fakültəsi
Elmi dərəcəsi: Biologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 03.00.16 - Ekologiya və 03.00.27 - Torpaqşünaslıq
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, torpaqşünaslıq
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 2007, torpaqşünaslıq
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 450 elmi əsər, o cümlədən 28 monoqrafiya və kitab
Xaricdə çıxmış elmi əsərlərin sayı: 100
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 26
Əsas elmi nailiyyətləri:

Azərbaycan torpaq ehtiyatları və onlardan səmərəli istifadə olunması; torpaq örtüyü quruluşunun qiymətləndirilməsi;  deqradasiya olunmuş torpaqların qiymətləndirilməsi (şorlaşmış, şorakətləşmiş, eroziyaya uğramış, neftlə çirklənmiş, texnogen torpaqlar);   Azərbaycan torpaqlarının aqroekoloji xüsusiyyətlərinin və bonitirovkasının öyrənilməsi; ilk dəfə Azərbaycan Respublikası torpaqlarının ekoloji qiymət xəritəsinin tərtibi; torpağın iqtisadi (pulla) qiymətləndirilməsinin elmi əsasları; torpaq münbitliyinin konseptual və riyazi modelləşdirilməsi; Azərbaycanın ekoloji problemlərinin sistem halında öyrənilməsi, konsepsiyasının işlənilməsi; Azərbaycan torpaq kadastrının rayonlaşdırılması və monitorinqi; Azərbaycanın torpaq atlası: Meşəaltı torpaqların qorunması məqsədilə bərpaolunan enerji (əsasən günəş və külək) mənbələrindən istifadənin ekoloji qiymətləndirilməsi və s.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 35
elmlər doktorların sayı:  5
Əsas elmi əsərlərin adları:
  1. Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər ; Bakı 2000, s.372.

  2. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı, 1998, s.282

  3. Torpaqların bonitikovkası. Bakı 1997, s.148

  4. Azərbaycan torpaqlarının bonitikası və aqroekoloji xüsusiyyətləri, Bakı, 1990, s.172

  5. Dağ əkinçiliyi üzrə kollektiv topoqrafiya (problemlər və ehtiyatlar) , Tbilisi, 1988 s.380.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Bakı, 1992;
  2. Beynəlxalq "Neosfer" Akademiyasının həqiqi üzvü, Moskva 2000;
  3. Rusiya Ekologiya Akademiyasının akademiki, Moskva 2000;
  4. Rusiya Təbiət Elmlər Akademiyasının akademiki, Moskva 2001;
  5. Beynəlxalq Torpaqşünaslıq Cəmiyyətinin ömürlük üzvü;
  6. Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü;
  7. Beynəlxalq Akademiyanın həqiqi üzvü, Avstriya 2001;
  8. Azərbaycan torpaqşünaslıq cəmiyyətinin sədri.
Təltif və mükafatlar:

SSRİ XTNS-nin "Bürünc medalı" - 1987;
V.V.Dokuçaeva adına medal - 1983;
Azərbaycan Amerika Mədəniyyət Mərkəzi RH-ın Fəxri Fərmanı - 1999;
Akad. H.Əliyev adına mükafat, fəxri diplom və medal;
Rusiya EA-nın medalı - 2001.

İş yeri və ünvanı:

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikası, Bakı ş., Ş. Mehdiyev küç. 93a

Vəzifəsi: Sədr
Xidməti tel.: (994 12) 4977048
Faks: (994 12) 4977040
Elektron poçtu qarib@azdata.net