| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri | ![]() |
|
| Təvəllüdü: | 02.11.1939 | ||
| Təhsili: | Azərbaycan Dövlət Universiteti, kimya | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.13 - Neft kimyası və neft kimyası sintezi | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 1983, kimya | ||
| Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: | 2001, kimya | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 261 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 71 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 50 müəlliflik şəhadətnaməsi və 29 patent | ||
| Əsas elmi nailiyyətləri: |
Heterogen kataliz sahəsində parafin, olefin və aromatik karbohidrogenlərin və onların funksional törəmələrinin yumşaq və qoşulmuş oksidləşməsi reaksiyalarının təcrübi və nəzəri aspektləri işlənib hazırlanmışdır. Aromatik karbohidrogenlərin oksidləşdirici ammonolir prosesləri üçün patenttəmizlikli yüksək effektli katalitik sistemlər yaradılmışdır və onların əsasında bir sıra aromatik nitrillərin yeni, praktiki olaraq, tullantısız alınma prosesləri işlənib hazırlanmışdır. Olefin və aromatik birləşmələrinin oksidehidroqoşulma və parafin karbohidrogenlərin bir mərhələli oksidləşdirici dehidroləşmə prosesləri tədqiq olunmuşdur. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 26 | ||
| elmlər doktorlarının sayı: | 7 | ||
| Əsas elmi əsərlərin adları: |
Aromatik nitrillərin istehsalında heterogen katalizi (Monoqrafiya). Bakı, Elm, 1992. Bi-Sb-V-oksid katalizatorun üzərində toluolun oksidləşdirici ammonolizinin mexanizmi və kinetikası. Neftekimya, 1986, t.26, №2. Some fundamental and practical aspects of the ammooxidation of alkil-benzenes. Applied Catalysis A. General, 83, 1992. Bi-Mn aksid katalizatorun üzərində oksidləşdirici dehidrodimerizasiyanın mexanizmi. Kinetika və kataliz, 1993, t.34. Cu, Mn, Cr/g-A2O3 katalizator üzərində karbogen monooksidin oksidləşdirici reaksiyasının kinetikası. Kinetika və kataliz, 1999, t.37, №1. Ризаев Р.Г., Шейнин В.Е., Сардарлы А.М.
Реакционная способность функциональ-нозамещенных
алкилароматических углеводородов в гетерогеннокаталитическом окислительном
аммонолизе. Сборник статьей II Международная конф.
"Техническая химия. От теории к практики" , г.Пермь, 2010, т.1, стр. 436-439 |
||
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: |
O, kimya sənayesində əməkdaşlıq üzrə keçmiş Sovet-Niderland İşçi qrupunun üzvü və keçmiş SSRİ EA-nın "Kataliz" Elmi Şurasının üzvü olmuşdur. |
||
|
|
Təltif və mükafatlar: |
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı – 1979; |
|
| Pedaqoji fəaliyyəti: | Bakı Dövlət Universitetində "Fiziki kimya" fənnindən mühazirələr oxumuşdur | ||
| İş yeri və ünvanı: |
AMEA Kimya Problemləri İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., Hüseyn Cavid pr., 29 |
||
| Vəzifəsi: | Baş mütəxəssis | ||
| Xidməti tel.: | (994 12) 5389765 | ||
| Faks: | (994 12) 4970593 | ||
| Elektron poçtu: | chem@elm.az | ||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011