| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Bakı şəhəri |
|
|
| Təvəllüdü: | 22.10.1925 | ||
| Təhsili: | Azərbaycan Sənaye İnstitutu, kimya-texnologiyası | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.13 - Neft kimyası | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 1972, kimya, kimya texnologiyasının proses və aparatları | ||
| Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: | 1976, kimya | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 604, 11 monoqrafiya | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 144 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 135 | ||
| Əsas elmi nailiyyətləri: | Fundamental oksidləşmə və oksidlədirici ammonolizi prosesləri işlənib hazırlanmışdır. Xlorkarbohidrogenlərin heterogen-katalitik oksidləşməsinin elmi əsasları işlənilmişdir. O, katalizatorun qeyri-stasionar iş şəraitində aparılan kimyəvi proseslərin resirkulyasıya axınlı mürəkkəb kimya-texnoloji komplekslərin modelləşdirilməsi və optimallaşdırılmasının nəzəri prinsiplərinin müəllifidir. Katalizatorun dəyişən aktivliyi şəraitində gedən heterogen-katalitik proseslərin təcrübi və nəzəri tədqiqi metodikası, həmçinin, katalizatorun qeyri-stasionar aktivliyini nəzərə alınmaqla bir sıra sənaye proseslərinin modelləşdirilməsi və intensivləşdirilməsi prinsipləri işlənib hazırlanmışdır. Yeni tip reaktor-elektrokimyəvi yanma kamerası, qeyri-mytəhərrik qarışdırıcılı ilkəkvari reaktor və polimetilmetakrilatın alınma prosesi üçün sənaye polimerzatoru yaradılmışdır. Karbohidrogenlərin birgə aparılan oksidləşdirici çevirmə prosesləri üçün yüksək effektivliyi çoxfunksiyalı metalseolit katalizatorlarının istifadəsinin nəzəri əsasları hazırlanmış və bunun əsasında effektiv katalitik proseslər həyata keçirilmişdir. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 48 | ||
| elmlər doktorlarının sayı: | 12 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: |
Dəfələrlə SSSR-in və Rusiya Elmlər Akademiyasının "Neftkimya" və "Kimyavi kinetika və kataliz " Elmi Şuraların üzvü olmuşdur. |
||
|
|
Təltif və mükafatlar: |
"Şərəfli əməyə görə"
yubiley medalı – 1970; Azərbaycan Respublikasının "İstiqlal ordeni" -2005. |
|
| Pedaqoji fəaliyyəti: | Azərbaycan Neft və Kimya İsntitutunda (1959-1968 illər) mühazirələrdə çıxış edib | ||
| Axırıncı iş yeri və ünvanı: |
Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti,
AZ1001, Azərbaycan Respublikası, Bakı ş.,
İstiqlaliyyət küçəsi, 10 |
||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011