az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer:

Azərbaycan Respublikası, Kürdəmir rayonu

 
Təvəllüdü:

14.03.1951

Təhsili:

Azərbaycan Politexnik İnstitutu

Elmi dərəcəsi:

Kənd təsərrüfatı elmləri  doktoru

Elmi rütbəsi:

Baş elmi işçi

Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

03.00.27 – Torpaqşünaslıq;     03.00.16- Ekologiya

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:

70, o cümlədən 4 monoqrafiya, 1 ali məktəb dərsliyi, 3 kitab

Xaricdə çıxmış elmi əsərlərin sayı:

25

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı:

1 səmərələşdirici təklif

Əsas elmi nailiyyətləri:

Topaqşünaslığın müasir elmi istiqaməti olan torpaq informatikasının  əsaslarının işlənib hazırlanması; torpaq–ekoloji sistemin vəziyyətinin öyrənilməsi və proqnozlaşdırılması üçün ekspert sistemlərinin hazırlanması; torpaq–ekoloji sistemin münbitlik modellərinin riyazi təhlili; CİS mühitində torpaq–ekoloji sistem  göstəricilərinin  verilənlər bazasının  yaradılması və monitoringin təşkili; torpaq kadastrınin informasiya təminatının yaradılması. 1985–1988-ci illərdə Suriya Ərəb Respublikasında həyata keçirilən «Cənubi Hələb torpaqlarının suvarılması» layihəsində torpaq tədqiqatları hesabatlarının, o cümlədən torpaq–melorativ rayonlaşdırma xəritələrinin işlənib hazırlanması. NATO qrantı heasbına Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin birgə həyata keçirdikləri beynəlxalq layihənin həmmüəllifi. Alınmış nəticələr müxtəlif illərdə  Biologiya Elmləri Bölməsinin və  AMEA-nın mühüm nəticələrinə daxil olmuşdur.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. İsmayılov A.İ. Torpaq monitorinqinin informasiya bazası. Bakı, Elm, 1997, 120s.                                          

  2. İsmayılov A.İ. Torpaqların konseptual diaqnostik modelləri. Bakı, Elm, 2000, 274s.

  3. Məmmədov Q.Ş. Babayev М.P. İsmayılov A.İ .Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası. Bakı, Elm, 2002, 252s.

  4. İsmayılov A.İ.  Azəybaycan torpaqlarının informasiya sistemi. Bakı, Elm, 2004, 308s.

  5. İsmayılov A.İ. Torpaq ekoloji sistemin tədqiqində riyazi statistika və modelləşdirmə. Bakı, Müəllim, 2005, 298s.

  6. İsmayılov A.İ. Kadastrın Əsasları. Bakı, Müəllim, 2008, 212s.

Pedaqoji fəaliyyəti: 2004-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universiteti mühəndis geodeziyası kafedrasında professor əvəzi ("Geoinformatika" və "Torpaq və çoxməqsədli kadastr" kursları).
İş yeri və ünvanı:

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Məmməd Arif küç., 5

Vəzifəsi: Laboratoriya müdiri
Mobil: (50) 222 98 89
Elektron poçtu: amin_ismayılov@mail.ru