az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad r-u, Dırnıs kəndi
Təvəllüdü: 21.12.1925
Təhsili: Azərbaycan Dövlət Universiteti, biologiya fakultəsi, bitkilərin fiziologiyası
Elmi dərəcəsi: Kənd təsərrüfatı elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 06.01.04 - Aqrokimya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 203; 5 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 46
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 1
Əsas elmi nailiyyətləri:

Azərbaycanın müxtəlif bölgələri şəraitində becərilən bitkilərin elmi cəhətdən əsaslandırılmış gübrə sistemləri, qida rejimləri müəyyən edilmiş və kompleks gübrələmə sistemləri işlənmişdir. Əsas qida maddələrinin (NRK) balansı öyrənilmiş və Azərbaycanda becərilən bitkilər altında azotun mənfi, fosfor və kaliumun müsbət balansda olduğu müəyyənləşdirilmişdir. Gübrələrin illik normasını 25-50% azaldaraq lokal üsulla verilməsi təklif edilmişdir. Bitkiçilikdə azot problemi ilə bağlı bir sıra məsələlər tədqiq edilmiş; azotun formalarının torpaqda çevrilməsi, dinamikası, karbonatlı torpaqlarda azotun amonyak formasında itməsi və bu itkinin azaldılma üsulları təklif edilmişdir. Bitki məhsullarında nitratların toplanma və paylanması öyrənilərək onların rəngli ekspozisiyada Atlası tərtib edilmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 22
Əsas elmi əsərlərin adları:
  1. Azərbaycanın bəzi torpaqlarında azotun dinamikası və səmərəliliyi. Bakı, "Elm", 1967; 9 çar.v.

  2. Karbonatlı torpaqlara verilən gübrələrdən azotun amonyak şəklində itkiləri. (rus.d) Aqrokimya jur.№5,1969, 0,3, çar.v.

  3. Azot Azərbaycan əkinçiliyində. Bakı, "Elm", 1978, 12 çar v.

  4. Bitki məhsullarında nitratlar və onların toplanmasının aqroekoloji şəraiti. "Azərb.SSR EA Xəbərləri" jurnalı, biologiya seriyası №3, 1987; 0,3, çar.v

  5. Nitratların bitki məhsullarında toplanması. Bakı, "Elm", 3 çar v.6.

Təltif və fəxri adları: 2 orden, 13 medal, 10 döş nişanı, 11 Fəxri fərman
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü

V.V.Dokuçaev ad.Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü

Pedaqoji fəaliyyəti:

Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində 5 il "Torpaqşünaslıq və bitkiçiliyin əsasları" fənnindən saat hesabı dərs demişdir.

İş yeri və ünvanı:

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Məmməd Arif küç., 5

Vəzifəsi:

"Mineral gübrələr və mikroelementlər" laboratoriyasının rəhbəri

Xidməti tel.: (994 12) 5389425
Ev tel.: (994 12) 4303133