az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Sədərək r-u, Sədərək k.
Təvəllüdü: 13.03.1927
Təhsili: T.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyası, aqronom
Elmi dərəcəsi: Kənd təsərrüfatı elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:  06.01.04 - Aqrokimya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 220; 1 monoqrafiya, 18 kitabça
Xaricdə çıxmış elmi əsərlərin sayı: 65
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 14
Əsas elmi nailiyyətləri:

Tütün bitkisinin gübrələnmə sistemi və qidalanmasının tənzimlənməsi, ona yararlı torpaq sahələrinin seçilməsi, yarpaq və torpaq diaqnostikası əsasında gübrə normalarının riyazi təhlili.

Darıdağ Termal müalicə suyunun tütünçülükdə boy stimülyatorları və nikotin intoksikatoru olması müəyyən edilib, tətbiq olunmuşdur. Torpaqların münbitliyini artırmaq üçün yerli tullantı və resurslardan biokonversiya üsulu ilə üzvü gübrələrin emalı texnologiyası və bitkiçilikdə istifadəsinin aqrokimyəvi əsasları işlənib hazırlanmışdır.

Respublikada böyük ehtiyatı olan yanar şist, bitumlu suxur, qranit-boksit şlamından alınmış üzvi və mineral gübrə "Xəzərin", yağış qurdları vasitəsilə alınmış biohümusun kənd təsərrüfatı bitkiləri altında istifadəsi öyrənilmiş və səmərəliliyini müəyyən edilmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 12
elmlər doktorlarının sayı: 4
Əsas elmi əsərlərin adları:
  1. Azərbaycan SSR-də tütün bitkisinin gübrələnməsi. Monoqrafiya, Bakı, 1966, 128 səh.

  2. Tütün bitkisinin gübrələnmə sistemi və qidalanmasının tənzimlənməsi. D/d, Moldova, Kişinyov, 1991, 444 səh.

  3. Darıdağ Termal müalicə suyunun tütünçülükdə boy stimulyatorları və nikotinin intoksikatoru. Təlimat, Bakı, 1978, 8 səh.

  4. Torpaqların münbitliyini artırmaq, onların ekologiyasını yaxşılaşdırmaq üçün tullantılardan üzvi gübrə hazırlanması texnologiyası və istifadəsinin aqrokimyəvi əsasları. Bakı, 1991, 36 səh.

  5. Torpaq və yarpaq diaqnostikasından istifadə edərək tütün bitkisinin gübrə dozalarına tələbatının hesablanması üsulları. Torpaqşünaslıq və aqrokimya tədqiqatları əsərləri toplusu. XV cild, Bakı, 2000, 11, 224-243 səh.

Təltif və fəxri adları: "Rəşadətli əməyə görə" yubiley medalı - 1970;

"Əmək veteranı" medalı;

AMEA RH-ın Fəxri fərmanları

Pedaqoji fəaliyyəti:

2 il Naxçıvan Pedaqoji İnstitutunda "Kənd təsərrüffatının əsasları" fənnindən dərs demişdir.

İş yeri və ünvanı:

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Məmməd Arif küç., 5

Vəzifəsi: Laboratoriya müdiri
Xidməti tel.: (994 12) 5399716
Ev tel.: (994 12) 4476396