| Ünvan: | AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Məmməd Arif küç., 5 | |
| Tel.: | (994 12) 5383240 | |
| Email: | soiman@science.az | |
| Direktor: | Məhərrəm
Pirverdi oğlu Babayev Kənd təsərrüfatı elmləri doktoru, AMEA-nın müxbir üzvü Tel.: (994 12) 5383240 Email: soiman@science.az |
|
| Direktor müavinləri: | Qoşqar Məhərrəm oğlu
Məmmədov Elmi işlər üzrə Kənd təsərrüfatı elmləri namizədi, professor Tel.: (994 12) 5389425 İlqar Eylaz oğlu Eylazov |
|
| Elmi katib: | Svetlana Mahmud qızı
Eyyubova Kənd təsərrüfatı elmləri namizədi Tel.: (994 12) 5389280 |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: |
Torpaqların genezisi, münbitliyin bərpası imkanlarının aqroekoloji əsasları, torpaq kadastrı, torpaq ehtiyatlarının məlumat bazası |
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | "Azərbaycanın Dövlət Torpaq Xəritəsi" (M 1:1000000), "Azərbaycanın torpaq və torpaq-aqrokimyəvi xəritələri atlası", "Azərbaycan Respublikasının antprogen torpaqların xəritəsi" (M 1:500000), "Azərbaycan Respublikasının rayonları üzrə torpaq kadastr xəritəsi" (M 1:600000), "Torpaq bonitirovkası", "Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-ekoloji məsələlər" adlı monoqrafiyalar (Q.Ş.Məmmədov), "Azərbaycanda torpaq islahatına uyğun xırda təsərrüfatların torpaq tədqiqinə və konturlu bonitirovkasına dair metodiki tövsiyyə", "Azərbaycan Respublikasının torpaqları üçün avtomatlaşdırılımış informasiya sistemi", "Bitki məhsullarında nitratların toplanma və paylanma atlası" |
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: | Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V.R.Smirnov-Loqinov, akad. S.M.Hüseynov, V.R.Volobuyev, EA-nın müxbir üzvləri: M.M.Salayev, Q.Ş.Məmmədov. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad. H.Ə.Əliyev - torpaqların coğrafiyası, ekologiyası; V.R.Volobuyev - torpaqların meliorasiyası və energetikası; C.M.Hüseynov- aqrokimya; M.M.Salayev - torpaqların genezisi, diaqnostikası; AMEA-nın müxbir üzvü Q.Ş.Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər - torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir. AMEA-nın müxbir üzvü M.R.Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesinin elmi-nəzəri əsasları işlənilmişdir. |
|
| Təşkilatın işçilərinin ümumi sayı: | 164 | |
| Təşkilatın struktur bölmələri: | Torpaqların genezisi,
coğrafiyası və xəritəçiliyi laboratoriyası Torpaq örtüyünün strukturası laboratoriyası Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası Torpaqların informatikası və monitorinqi laboratoriyası Torpaqların mineralogiyası və mikromorfologiyası laboratoriyası Torpaqların fizikası və energetikası laboratoriyası Torpaqların meliorasiyası laboratoriyası Mineral gübrələr və mikroelementlər laboratoriyası Torpaqların rekultivasiya laboratoriyası Üzvi gübrələr və örtülü qruntun aqrokimyası laboratoriyası Tətbiq və məlumat laboratoriyası Torpaqların biokimyası və mikrobiologiyası laboratoriyası
|
|

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011