|
Ana səhifə
AZ1029,
Azərbaycan Respublikası, Bakı ş., Böyükşor
şossesi, 2062-ci məhəllə
(994 12) 5149651
(994 12) 5149610
Vaqif Məcid oğlu
Fərzəliyev
Mirzə
Məmməd oğlu Mövsümzadə Elman Əbdüləli oğlu Zülfüqarov Mehparə
Rəsul qızı Səfərova Sürtgü
yağlarının, yanacaqların və xüsusi mayelərin
istismar xassələrini yaxşılaşdıran müxtəlif
funksional təsirli aşqarların sintezinin elmi
əsaslarının yaradılması, alınma
texnologiyasının işlənib hazırlanması, müxtəlif
təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının
və xüsusi mayelərin yaradılması, onların
istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin
müəyyənləşdirilməsi və mövcud mənbələrdən
səmərəli istifadə olunması sahəsində
fundamental tədqiqatların aparılması. Müxtəlif
funksional təsirə malik yüksək təsirli yeni aşqarlar -
oksidləşmə, korroziya, yeyilmə, siyrilməyə qarşı,
özlülük, bioloji zədələnmənin qarşısını alan
və digər aşqarlar sintez edilmişdir.
İnstitut 1965-ci ildə 1945-ci ildən Kuybışev adına AZETNEİ-də və sonradan
AEA NKPİ-də fəaliyyət göstərən və akad. Ə.M.Quliyevin rəhbərlik etdiyi
ixtisaslaşdırılmış laboratoriyanın əsasında yaradılıb.
245 Motor yağlarına çoxfunksiyalı
aşqarlar laboratoriyası Motor yağlarına
yuyucu-dispersiyaedici aşqarlar laboratoriyası Transmissiya və
sənaye yağları üçün aşqarlar və aşqar
kompozisiyaları laboratoriyası Korroziya
inhibitorları laboratoriyası Aşqarların
texnologiyası laboratoriyası Polimer aşqarları
laboratoriyası Yanacaqlara
aşqarlar laboratoriyası Yağlayıcı-soyuducu
mayelərə aşqarlar laboratoriyası Aşqarların sintezi
və təsir mexanizminin nəzəri əsasları
laboratoriyası Aşqarların analizi
və fiziki-kimyəvi tədqiqatlar laboratoriyası Motor yağlarına
aşqar kompozisiyaları laboratoriyası Mühafizəedici
aşqarlar laboratoriyası Patent
tədqiqatları və aşqarlar kimyası sahəsində elmi
işlərin proqnozlaşdırılması laboratoriyası Aşqarların, sürtkülərin və xüsusi mayelərin
tətbiqinin elmi əsasları laborotoriyası
Struktur
İnstitut
və təşkilatlar
Akademik
Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu
![]()
Ünvan:
![]()
Tel.:
![]()
Faks:
![]()
Email:
![]()
Direktor:
Kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi
üzvü
Tel: (994 12) 5149609, (994 12) 5149611 Faks: (994 12) 5149612
![]()
Direktor müavinləri:
Elmi işlər üzrə direktor müavini, kimya
elmləri doktoru, professor
Tel.: (994 12) 5149612
Ümumi işlər üzrə direktor müavini
Tel: (994 12) 5149370
![]()
Elmi
katib:
Kimya elmlər namizədi
Tel: (994 12) 5149874, (994 12) 5149612
![]()
Təşkilatın əsas
fəaliyyət istiqamətləri:
![]()
Son beş ildə
təşkilatın əldə etdiyi əsas elmi nəticələr:
Sintez edilmiş bəzi aşqarların təsir mexanizmi,
quruluş və tərkibi ilə funksional təsiri
arasında asılılıq öyrənilmişdir.
Motor yağları üçün çox funksiyalı yeni AKİ-140, AKİ-144, AKİ-150, AKİ-154,
AKİ-160, CC-300f, CC-300p və xariji analoqu olmayan yüksək effektivliyə
malik AKİ-202, CC-150SN, CC-300SA, PS-300ap aşqarları işlənib
hazırlanmışdır. Bu aşqarların bir çoxlarının alınmasında sulfolaşma
mərhələsi əvəzinə çox perspektiv sulfometilləşmə üsulundan istifadə
edilmişdir ki, bunun da çox böyük ekoloji üstünlükləri var.
Bakı baza yağları və müasir aşqarlardan istifadə etməklə sürətlə gedən
nəqliyyat dizel mühərrikləri üçün M-16İXP-3 motor yağı, «V2» və «Q2»
qruplara daxil olan bir sıra motor yağları, müxtəlif transmissiya,
hidravlika və konservasiya yağları, tormoz mayeləri və həmçinin bəzi
yağlayıcı-soyuducu mayelər yaradılmış və sənayedə tətbiq üçün tövsiyə
edilmişdir.
Son beş ildə aparılmış tədqiqatların nəticələri 43 ədəd Azərbaycan patenti,
89 elmi məqalə, 152 ədəd məruzələrin tezisləri və 3 monoqrafiyada öz əksini
tapmışdır.
İnstitutun elmi fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilmişdir. Keyfiyyətin, elmi yeniliklərin və yeni
texnologiyaların inkişafı sahəsində əldə etdiyi nailiyyətlərə görə AKİ
«Biznesin Təşəbbüs İstiqamətləri» Beynəlxalq Təşkilatı tərəfindən
2001-2003-cü illər ərzində ardıcıl olaraq «Qızıl kateqoriya», «Platin
kateqoriya» və «Brilliant kateqoriya» beynəlxalq mükafatları ilə təltif
edilib.
Öz fəaliyyəti sahəsində nüfuzu və liderliyi ilə daha çox seçildyinə görə
institut 2005-ci ildə Madriddə yerləşən «Liderlik və Sahibkarlıq Nüfuzuna
görə» XXXV Beynəlxalq mükafatına hazırlıq komitəsi və onun nəşriyyat
qrupunun «Ticarət Liderləri Klubu» ilə birlikdə təsis etdikləri «Liderlik və
Sahibkarlıq Nüfuzuna görə» Beynəlxalq prizinə layiq görülüb. Bu qərar
«Ticarət Liderləri Klubu»nun 112 ölkədən olan 7000 üzvü tərəfindən təqdim
olunan məlumata əsaslanıb.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü V.Fərzəliyev həmin təşkilat
tərəfindən «Qlobal keyfiyyətə rəhbərlik» qızıl döş nişanı ilə təltif edilib.
İspaniyanın «Actulidad» jurnalı (Madrid şəhəri) İnstitutu Beynəlxalq
əlaqələrdə böyük nüfuza malik olduğuna, əldə etdiyi nailiyyətlərə görə və
qələbə rəmzi kimi XXI əsrin «Prestijdə və keyfiyyətdə lider 2005» Beynəlxalq
prizi ilə təltif edib.
2005-ci ildə institut ABŞ Senatının nəzdində fəaliyyət göstərən Elm və
Texnologiyalar Mərkəzindən 200 min dollar qrant qazanıb.
![]()
Təşkilatın tarixi
haqqında qısa məlumat:
Akad. Ə.M.Quliyev İnstitutun təməlini qoymuş, onun təşkilatçısı və 1987-ci
ilədək fasiləsiz rəhbəri olmuşdur. 1987-ci ildən instituta akad.
Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın
müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
İnstitut yaradılarkən onun tərkibində aşqarlar kimyası sahəsində mühüm
istiqamətləri əhatə edən 12 laboratoriya təşkil edilib.
1980-cı ildə AİK-nin təcrübi-texnoloji bazası əsasında «Aşqar» Təcrübi
İstehsalı ilə Xüsusi Texnoloji Büro («Aşqar» Tİ ilə XTB) yaradıldı və
indiyədək AKİ-nin nəzdində fəaliyyət göstərir.
Hal-hazırda institut 14 laboratoriya və 3 şöbədən ibarətdir. İnstitutda 245
əməkdaş çalışır ki, bunlardan 16 nəfəri elmlər doktoru (1 akademik və 1
AMEA-nın müxbir üzvü) və 46 elmlər namizədidir.
AKİ fəaliyyət göstərdiyi illər ərzində bir sıra elmi və tətbiqi nailiyyətlər
əldə edib. Onun fundamental tədqiqatlar nəticəsində yaratdığı aşqar, sürtkü
yağları və xüsusi mayelərin istehsalı keçmiş SSRİ-nin bir sıra şəhərlərində
(Bakı, Sumqayıt, Ufa, Perm, Yaroslavl, Şostka, Novokuybışevsk və s.) təşkil
olunmuşdur. SSRİ-də istehsal olunan aşqarların ümumi həcminin 20% AKİ-nin
alimləri tərəfindən yaradılmış aşqarların (SB-3, İXP-101, BFK-u AZNİİ –
depressatoru İXP-21, İXP-14A və s.) payına düşürdü. AKİ-də yaradılan
aşqarların istehsalını təşkil etmək üçün Sumqayıt şəhərində xüsusi ixtisaslı
Aşqarlar zavodu təşkil edilmişdir ki, o indi də aşqar istehsal edir.
O dövrdə Bakı Neft Emalı Zavodunda (indiki «Azərneftyağ» İB) istehsal olunan
bütün motor yağları AKİ tərəfindən və AKİ aşqarları əsasında yaradılmışdır.
Xüsusi təyinatlı mühərriklərin və transmissiya sistemlərinin normal
işləməsini təmin edən sürtkü yağları (M-16İXP-3, TAD-17İXP) AKİ tərəfindən
və onun aşqarları əsasında yaradılmış, istehsalı təşkil edilmişdir.
Tiofosfinat tipli (İXP-388) və sulfonat tipli (İXP-234) çoxfunksiyalı
polimer aşqarları işlənib təcrübi-sənaye miqyasında tətbiq edilmiş, onların
əsasında yüksək keyfiyyətli motor və hidravlik yağlar yaradılmışdır.
Maşınqayırma zavodlarında metal məmulatın almaz alətlərlə kəsilməsi, habelə
cilalanmasında istifadə edilən NSK-5u və Azerol-1,2,3,5 yağlayıcı-soyuducu
mayeləri işlənib hazırlanmışdır.
Dizel mühərriklərindən çıxan qazlarda tüstünün və kanserogen maddələrin
miqdarını kəskin azaldan SSRİ-də ilk alkilfenolyat tipli İXP-706 aşqarı
işlənib hazırlanmış və tətbiq üçün vəsiqə almışdır.
Son illər ərzində institut kollektivi tərəfindən müasir tələblərə cavab
verən «V» və «Q» qruplarına daxil olan yeni effektiv motor yağları
yaradılmış və «Azərneftyağ» Neft Emalı Zavodunda onların sənaye miqyasında
istesalı təşkil edilmişdir.
Fundamental tədqiqatlar sahəsində çox miqdarda yeni üzvi maddələrin sintezi
və onların aşqar kimi tədqiqi üzrə işlər aparılmış, müxtəlif sinif üzvi
maddələrin tərkibi, strukturu və funksional təsiri arasındakı qarşılıqlı
əlaqə və bəzi aşqarların təsir mexanizmi öyrənilmişdir.
![]()
Təşkilatın
işçilərinin ümumi sayı:
![]()
Təşkilatın struktur
bölmələri:
![]()
| Rəyasət
heyəti | Rəyasət
heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar
|
| AMEA-nın
prezidentləri | AMEA-nın
həqiqi üzvləri | AMEA-nın
müxbir üzvləri |