| Tel.: | (994 12) 5149651 |
|
| Faks: | (994 12) 5149610 |
|
| Email: | ||
| Struktur bölmənin rəhbəri: | Mirzə Məmməd oğlu
Mövsümzadə |
|
| İşçilərin ümumi sayı: | 9 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Laboratoriyada tüstüyə, korroziyaya və oksidləşməyə qarşı yanacaqlara əlavə edilən aşqarların sintezi aparılır. Dizel yanacaqları üçün tüstüyə qarşı azküllü müxtəlif metalsaxlayan birləşmələr alınmışdır. Molekulunda metalı birləşdirən müxtəlif fünksional qrup saxlayan yeni liqandların sintezi metodu işlənir. Metalsaxlayan aşqarlar və azküllü amin komponentləri əsasında dizel yanacaqlarına aşqar kompozisiyaları hazırlanır. Dizel yanacaqlarının setan ədədini yüksəltmək üçün aşqarların sintezi sahəsində işlər aparılmışdır. Sintez olunan maddələrin tərkibi və quruluşunun yanacaqların istismar keyfiyyətlərinə təsiri öyrənilir. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Tüstüyə qarşı aşqar kimi müxtəlif metalsaxlayan birləşmələr sintez olunmuşdur. Molekulunda metal birləşdirən müəyyən fünksional qrup saxlayan yeni liqandların alınma metodları işlənmişdir. Müəyyən edilmişdir ki, dizel yanacaqları üçün daha effektli tüstüyə qarşı aşqarlardır. Azküllü amin komponenti saxlayan tüstüyə qarşı aşqar paketləri işlənmişdir. Tüstüyə qarşı İXP-706 aşqarı və onun modifikasiyaları alınmış və sənayedə tətbiq olunmuşdur. Reaktiv yanacaqlarına oksidləşməyə qarşı aşqar kimi İXP-712 aşqarı alınmışdır. Laboratoriyada tərkibində azot saxlayan üzvi birləşmələr sintez olunub, elektrolit karbohidrogen mühitində korroziya inhibitoru kimi tətbiq edilmişdir. Hazırda effektli İKANAZ inhibitorları işlənib hazırlanmışdır. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011