| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Bakı ş. | ![]() |
|
| Təvəllüdü: | 17.10.1939 | ||
| Təhsili: | Azərbaycan Dövlət Neft Akademiyası, neft və qaz texnologiyası | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.13 - Neft kimyası | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 170 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 30 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 40 | ||
| Əsas elmi nailiyyətləri: |
Müəllif səthi aktiv maddələr, yağ və yanacaqlarda həll olan maddələrin sintezi və onların metal korroziyası inhibitorları, yağ və yanacaqlara aşqarlar və polimer materialların stablizatoru kimi tədqiqi, metal korroziyası inhibitorları aşqarların seçilməsinin nəzəri əsasları işlənib hazırlanmışdır. İlk dəfə olaraq yeni aminospirtlər, aminoefirlər, dördlü ammonium duzları, karbon turşularının epoksitörəmələri, alkilfenolların metalsaxlayan törəmələri (Ca, Ba) sintez edilmişdir. Efiroaminospirtlər, aminospirtlər, dördlü ammonium duzları sırasında korroziyaya qarşı effektivliyi ilə maddələrin tərkib və quruluşu arasında asılılıq tapılmışdır. Nəzəri tədqiqatlar, laboratoriya, stend, sənaye sınaqlarının nətiçələri əsasında İKANAZ-3, İKANAZ-4, İKANAZ-7, İKANAZ-7+OP-7 inhibitorları, İXP-706 tüstüyə qarşı aşqarı və onun modifikasiyaları, reaktiv yanacaqların termooksidləşdirici stabilliyini artıran aşqar tətbiqini tapmış və ya sənaye sınaqları təklif edilmişdir. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 10 | ||
| elmlər doktorlarının sayı: | |||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Pedaqoji fəaliyyəti: |
1990-ci ildən bu günə kimi Azərbaycan Dövlət Neft Akademiyasının "Üzvi birləşmələrin texnologiyası" kafedrasında əvəzçiliklə professor vəzifəsində çalışır. Bakalavr və magistrlara "Ümumi kimyəvi texnologiya", "Yağlara və yanacaqlara aşqarların kimyası və texnologiyası" xüsusi kursları üzrə mühazirə oxuyur. Rəhbərliyi ilə beş magistr dissertasiyası müdafiə olunub. |
||
| Təltif və fəxri adlar: | AMEA-nın Fəxri fərmanı; Əməkdar elm xadimi |
||
| İş yeri və ünvanı: |
AMEA-nın akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, AZ1029, Azərbaycan Respublikası, Bakı ş., Böyükşor şossesi, 2062 məh. |
||
| Vəzifəsi: | Elmi işlər üzrə direktor müavini | ||
| Xidməti tel.: | (994 12) 5149651 | ||
| Ev tel.: | (994 12) 4302296 | ||
| Faks: | (994 12) 5149610 | ||
| Elektron poçtu: | aki@mail.ru | ||

