| Ünvan: | AZ1005, Azərbaycan Respublikası, Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4 | |
| Tel.: | (994 12) 4933648 | |
| Faks: | (994 12) 4985211 | |
|
E-mail: |
aztarmuzey@mail.ru | |
| Direktor: |
Nailə Məmmədəli
qızı Vəlixanlı |
|
| Direktor müavini: |
Nərgiz Ağasəlim qızı Əliyeva
Elmi fond işləri üzrə direktor müavini -
baş mühafiz
Həbibə Mirpaşa qızı Əliyeva
Tel.: (994 12) 4939743 |
|
| Elmi katib: | Fərhad Rafiq
oğlu Cabbarov Tarix üzrə fəlsəfə doktoru Tel.: (994 12) 5981739 E-mail: farhadcabbarov@mail.ru |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: |
Müasir muzeyşünaslıq
prinsipləri əsasında Azərbaycanın qədim dövrdən bu günədək tarixinə, maddi
mədəniyyətinə aid materialların toplanması, mühafizəsi, elmi tədqiqi,
təbliği və nümayişi. |
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
- Muzeyin müasir beynəlxalq standartlara uyğun təmiri və bərpası. - Muzeydə Azərbaycanın ən qədim dövrdən 1920-ci ilə qədər tarixini, habelə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən yeni stasionar ekspozisiyanın qurulması, onun daim genişlənməsi və təkmilləşməsi, . - Fondların yeni eksponatlarla zənginləşməsi (5000-dən artıq), fond materiallarının bərpası, pasportlaşdırılması, kompyuterləşdirilməsi. - Muzey materialları əsasında toplu, kataloq, kitab və kitab-albomların nəşri. - Sərgilərin keçirilməsi. - Beynəlxalq və respublika səviyyəli elmi konfransların, seminarların keçirilməsi. - Dünya muzeyləri ilə əlaqələrin genişlənməsi. - Tədris müəssisələri, ictimai təşkilatlarla əlaqələrin genişlənməsi.
|
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: |
1920-ci ilin
iyununda Az.XMK-nın sərəncamı ilə yaradılmış "Muzekskurs"un əsasında "Doğma
diyarın tədris muzeyi İstiqlal" adı ilə təşkil edilmişdir. 1921-ci ildən
Azərbaycan Dövlət Muzeyi, 1937-ci ildən SSRİ EA Azərbaycan filialının,
1945-ci ildən Azərbaycan SSR EA tərkibində Azərbaycan tarixi muzeyi adları
ilə fəaliyyət göstərib. 2005-ci ildə Milli muzey statusu alıb. Hazırda AMEA
strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi kimi işləyir. Muzeyin
elmi-tədqiqat planları Azərbaycan tarixinin ta qədimdən bütün dövrlərinin
öyrənilməsini, ekspozisiya və sərgilərdə əksi problemlərinin işlənilməsini
nəzərdə tutur. |
|
| Təşkilatın işçilərinin ümumi sayı: | 176 | |
| Təşkilatın struktur bölmələri: | Azərbaycan tarixinin elmi ekspozisiyası şöbəsi Elmi maarif və sərgilərin təşkili şöbəsi Numizmatika və epiqrafika elmi fond şöbəsi Fondların uçotu və təsnifatı şöbəsi Kitabxana Ekspozisiyanın təhlükəsizliyi şöbəsi İstehsalat qrupu
|
|

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011