| Tel.: | (994 12) 5381164 |
|
| Faks: | (994 12) 4975045 |
|
| Email: | ||
| Struktur bölmənin rəhbəri: | Cəlal Əlirza oğlu Əliyev |
|
| İşçilərin ümumi sayı: | 30 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Bitkilərin məhsuldarlığının fizioloji, biokimyəvi və molekulyar- genetik əsasları. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | İdeal tip buğdanın yüksək məhsuldarlığını müəyyən edən prinsiplər işlənib hazırlanmışdır; ilk dəfə olaraq fotosintez ilə fototənəffüs arasında müsbət korrelyasiyanın olması göstərilmişdir. Ali bitkilərin karboanhidraza fermentinin struktur- funksional təşkili öyrənilmişdir, ilk dəfə kristalı alınmış və onun dördüncü quruluşunun molekulyar modeli təklif edilmişdir. İlk dəfə fototənəffüsün əsas fermenti fosfoqlikolatfosfatazanin geninin quruluşu təyin olunmuşdur. Xloroplastların fotokimyəvi sistemlərinin quruluşu öyrənilmiş və tilakoid membranlarının piqment-zülal komplekslərinin topoqrafiyasının modeli təklif edilmişdir. Xloroplast DNT-nin genom kitabxanası yaradılmışdır. Yad genləri bitkilərə köçürmək üçün vektor sistemləri konstruksiya edilərək transgen bitki alınmışdır. Buğda hüceyrələrinin kulturasında morfogenez induksiya edilmiş və seleksiyada ilkin material kimi istifadə olunan regenerant bitkilər alınmışdır. Kompyuter metodları ilə düyü, tütün və qarğıdalı bitkilərinin plastid genomlarının tam nukleotid ardıcılıqları analiz edilərək, bu genlərin 5'-promotor sahələrində nüvə mənşəli çoxlu tənzimləyici saytlar aşkar olunmuşdur. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011