az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün


Tel.:

(994 12) 5381164

Faks:

(994 12) 4381164

Email:

Alemdar_Memmedov@botany.az, amamedov_ib@yahoo.co.uk
 

Struktur bölmənin rəhbəri:

Ələmdar Çərkəz oğlu Məmmədov  

İşçilərin ümumi sayı:

4

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

a) Buğda genotiplərinin duzadavamlılığının müxtəlif DNT markerlərlə molekulyar-genetik tədqiqi

b) Bitki patogenlərinin (fitoplazma, genomu DNT və RNT-dən təşkil olunmuş viruslar) molekulyar diaqnostikası və identifikasiyası

 

Struktur bölmənin əsas elmi nəticələri:

1. Duzadavamlılığın mexanizminin öyrənilməsində model obyekt kimi seçilmiş Dunaliella salina halofil yaşıl yosun hüceyrələrinə duzun yüksək qatılığının təsirindən zülal kompozisiyasında baş verən dəyişikliklər (yeni induksiya olunmuş, ekspressiyası güclənmiş, ekspressiyası zəifləmiş və tam ingibitorlaşmış zülallar) öyrənilmişdir.

2. GenBank-da toplanmış müxtəlif bərk və yumşaq buğda genotiplərinin duzadavamlılıqla əlaqəli olan müxtəlif DNT markerlərlə molekulyar-genetik tədqiqi nəticəsində duzadavamlı buğda genotipləri müəyyənləşdirilir.

3. Seçilmiş duzadavamlı genotiplər yeni sortların yaradılması üçün valideyn formalar kimi seleksiya işində faydalı ola bilər.

4. İlk dəfə Azərbaycanda xəstələnmiş şaftalı ağacında (Prunus persica) 'Candidatus Phytoplazma brasiliense' fitoplazma növü universal praymelər ilə 16S rDNT yuva PZR vasitəsilə amplifikasiya edilərək aşkar olunmuş və bu fitoplazmanın Avro-Aralıq dənizi hövzəsində yayılması haqqında indiyədək heç bir məlumat olmayıb.