az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Qubadlı r-u, Qubadlı kəndi
Təvəllüdü: 01.01.1958
Təhsili: Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi: Biologiya elmləri doktoru
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

03.00.15, Genetika

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 61
Xaricdə çıxmış elmi əsərlərin sayı: 48
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı:  

Əsas elmi nailiyyətləri:

·       1980-ci illərdə, dünyada ilk dəfə olaraq, müqayisəli kompleks kompüter analizi yolu ilə insan, heyvan və bitki mənşəli mobil təkrarlanan DNT ardıcıllıqlarının bir səra quruluş və təkamül xüssusiyyətləri aşkar edilmiş və belə bir fərziyyə irəli sürülmüşdür ki, eukariot genomlarınınək böyük hissəsini təşkil edən bu tip təkrarlanan DNT ardıcıllıqları qonşuluqda yerləşən genlərin və genom nahiyyələrinin transkripsiyasının tənzimlənməsində iştirak etmək potensialına malikdirlər; bu fərziyyənin doğruluğu sonralar çoxsaylı təcrübi tədqiqatlarda təsdiq olunmuşdur. 

·       İnsan, heyvan və bitki genomlarında RNT polimeraza II vasitəsi ilə transkripsiyanın start nöqtələrinin, potensial transkripsiya tənzimləyici elementlərinin, oxşar promotorlu gen qruplarının və ilkin mRNT-nin poliadenilləşmə saytlarının axtarışı üzrə yüksək dəqiqliyə malik bir sıra kompüter analizi vasitələri -  PromH, PromHP, TSSP-TCM, nsite, nsiteM, nsiteH POLYAR proqramları, bitkilərin RNT polimeraza II promotorları üzrə PlantProm məlumat bazası yaradılmışdır (http://softberry.com; http://mendel.cs.rhul.ac.uk http://cub.comsats.edu.pk).

·       Müəyyən edilmişdir ki, Arabidopsis və düyünün (Oryza sativa) nüvə genomlarında “Quyruq-Baş” (Tail-to-Head) yerləşmiş qonşu gen cütlərinin “dayanmadan” (non-stop) birgə transkripsiyası və sonraki alternativ splaysinqi ximer transkriptlər törədə bilər.

·       Aşkar edilmişdir ki, (a) düyünün Japonica növmüxtəlifliyinin 3-cü və 12-ci xromosomlarında mitoxondri DNT-sinin uzunlüğü müvafiq surətdə ~141 min və ~290 min nukleotid cütü olan və zülal kodlaşdıran organella genlərini özündə saxlayan böyük insersiyaları vardır; (b) düyünün Japonica Indica növmüxtəliflikləri arasında  nüvədə plastid və mitoxondri DNT ardıcıllıqlarının qəlpələrinin ümumi uzunluğu və onların tərkibindəki zülal kodlaşdıran organella genlərinin intakt nüsxələrinin sayı baxımından kəskin fərq vardır; (c)  Arabidopsisin 12 mitoxondri geninin, düyünün isə 5 plastid geninin nüvə nüsxələri, ən azı, transkripsiya olunur.

·       “Nucleic Acids Research” (impakt faktoru: 7.836), “Bioinformatics” (6.325), “Plant Molecular Biology” (3.328), “BMC Genomics” (4.21) və “Applied and Computational Mathematics” (0.8) кими beynəlxalq elmi jurnallarda, keçmiş SSRİ-nin “Генетика”, “Молекулярная Биология”, “Доклады Академии Наук СССР” “Биополимеры и клетка” jurnallarında 17 məqalənin, “World Scientific” (1993) və “Springer Science+Business Media, Humana Press” (2010) beynəlxalq nəşriyyatlarında çap olunmuş “Genetik makromolekulların analizi. Qurulu., Funksiya və Təkamül” [Computer analysis of genetic macromolecules. Structure, Function and Evolution] və “Transkripsiya birləşmə faktorlarının kompüter biologiyası (Molekulyar biologiyada metodlar)”  [Computational Biology of Transcription Factor Binding (Methods in Molecular Biology)] kitablarında 7 elmi məqalənin müəllifidir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 3
elmlər doktorlarının sayı:
Əsas elmi əsərlərin adları:
  1. Solovyev VV, Shahmuradov IA, Salamov AA (2010) Identification of promoter regions and regulatory sites. Computational Biology of Transcription Factor Binding (Methods in Molecular Biology). Editor: Istvan Ladunga. Springer Science+Business Media, Humana Press,  2010, 674, Chapter 5, DOI 10.1007/978-1-60761-854-6_5.

  2. Akhtar MN, Bukhari SA, Fazal Z, Qamar R, Shahmuradov IA (2010) POLYAR, a new computer program for prediction of poly(A) sites in human sequences. BMC Genomics, 11:646

  3. Shahmuradov IA, Solovyev VV, Gammerman AJ (2005) Plant promoter prediction with confidence estimation. Nucleic Acids Research  33(3):1069-1076

  4. Shahmuradov IA, Akbarova YYu,  Solovyev VV, Aliyev JA  (2003) Abundance of plastid DNA insertions in nuclear genomes rice and Arabidopsis.  Plant Molecular Biology, 52, 923-934

  5. Gordon L, Chervonenkis AYa, Gammerman A.J., Shahmuradov IA, Solovyev VV (2003). Sequence alignment kernel for recognition of promoter regions. Bioinformatics, 19, 1964–1971

Pedaqoji fəaliyəti:

 

1998-2006-cı illərdə, müəyyən fasilələrlə, Bakı Dövlət Universitetinin Biologiya fakültəsində, 2000-ci ildə isə Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi biologiya və Genetika kafedrasında bir sıra ümumi və ixtisas kurslarının tədrisi ilə məşğul olmuşdur; 2012-ci ilin fevralından, Bioinformatika laboratoriyasının müdiri olmaqla yanaşı, ATU-nun qeyd olunan kafedrasının professorudur. 

İş yeri və ünvanı: AMEA-nın Botanika İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Patamdar şosesi, 40
Vəzifəsi:

Bioinformatika laboratoriyasının müdiri

Xidməti tel.: (994 12) 5102223
Ev tel.: (994 12) 4362535
Faks: (994 12) 5102223
Mobil telefonu: (994 50) 3842496
Elektron poçtu:

ilham@pgenomics.org

ilham@comsats.edu.pk

ilhambaku@gmail.com