|
|
| Ünvan: | AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Patamdar şosesi, 40 | |
| Tel.: | (994 12) 4393230 | |
| Faks: | (994 12) 4970994 | |
| Email: | botanica@baku.ab.az | |
| Direktor: | ||
| Direktor müavinləri: | Validə
Mövsüm qızı Əli-zadə Elmi işlər üzrə müavin Biologiya elmləri doktoru Tel: (994 12) 4393380 Faks: (994 12) 4970994 Email: vm_alizade@yahoo.com Sabir Tomu
oğlu Eminov Allahverdiyev Natiq İsa oğlu |
|
| Elmi katib: | Xuraman Cabbar qızı
Xəlilova
Biologiya elmləri namizədi |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: |
|
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | "Azərbaycan florası " çoxcildliyinin 1-ci və 2-ci cildləri azərbaycan dilində nəşr olunmaq üçün işlənib hazırlanmışdır. Azərbaycan florası üçün ilk dəfə olacaq 2 fəsil, 5 cins və 13 növ aşkar edilmişdir ki, bunlardan 9 növün yeni rayonlaşması müəyyənləşdirilmişdir. Quraqlığa və yüksək temperatura davamlı bir sıra yüksək məhsuldarlı yerli buğda sortları aşkar edilmişdir. İlk dəfə olaraq tütün, düyü və qarğıdalının bəzi plastid genlərinin s32 tipli potensial promotorlara malikliyi müəyyən edilmişdir. Buğda cücərtilərində molekul kütləsi 20.5-19 və 17.5-15.5 kda (kilodalton) olan zülallar "Elip" (ilkin işıqla induksiya olunan) zülallar ilk dəfə olaraq müşahidə olunmüşdur. |
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: | Botanika İnstitutu 1936-cı ildə təsis olunmuşdur. İlk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı akad. İ.A.Qrossheym olmuşdur. Botanika sahəsində kadr hazırlanmasında V.İ.Ulyanişev, L.İ.Prilipko, İ.M.İsayev, M.Q.Abutalıbov, V.X.Tutayuq, Q.E.Kapinos, Ş.O.Barxalov və başqalarının böyük xidmətləri olmuşdur. Molekulyar-biologiya və bitki genetikası sahəsində yeni elmi istiqamətlərin inkişafında İnstitutun dünya elminə inteqrasiyasında qazanılmış böyük nailiyyətlər akademik C.Ə.Əliyevin adı ilə bağlıdır və bilavasitə onun xidmətidir. Hazırda İnstitutda 140 mütəxəssis, eyni zamanda AMEA-nın 2 akademiki, 5 müxbir üzvü,13 elmlər doktoru və 96 elmlər namizədləri çalışır. |
|
| Təşkilatın işçilərinin ümumi sayı: | 226 | |
| Təşkilatın struktur bölmələri: | Ali
bitkilərin sistematikası şöbəsi
İbtidai bitkilərin sistematikası şöbəsi Alqologiya və lixenobriologiya laboratoriyası Etnobotanika laboratoriyası Bitkilərin davamlılığı laboratoriyası Bitkilərin köklə qidalanmasının fiziologiyası laboratoriyası Hüceyrə membranlarının fiziki-kimyəvi xüsusiyyətləri laboratoriyası Elmi informasiya və innovasiya şöbəsi Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsi Fotosintezin biokimyası laboratoriyası Gen mühəndisliyi laboratoriyası Bitki hüceyrələrinin kulturası laboratoriyası Süni iqlim laboratoriyası Bioinformatika laboratoriyası Fotosintetik aparatın molekulyar quruluşu laboratoriyası Fotosintetik membranların quruluşu və funksiyası laboratoriyası
|
|
| | Rəyasət
heyəti | Rəyasət
heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar
| | AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri | |