az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4381476

Faks:

(994 12) 4970593

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Hilal Muradxan oğlu Tahirli
Kimya elmləri namizədi

İşçilərin ümumi sayı:

18

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Metalların korroziyadan yeni çoxfunksiyalı ingibitorlarla və səthin modifikasiyalaşdırılması ilə mühafizəsi; qeyri-metal və metalabənzər mühafizə örtüklərinin işlənib hazırlanması.

Struktur bölmənin əsas elmi nəticələri:

Neft-qazçıxarmada və sənayenin digər sahələrində istifadə olunan karbonlu legirlənməmiş poladların aqressiv ikifazalı sistemlərdə korroziyadan ingibitorlarla mühafizəsi sahəsində bir sıra müvəffəqiyyətlər əldə edilmişdir. Hərtərəfli tədqiqatlar nəticəsində ikifazalı karbohidrogen-elektrolit sistemlərində poladların korroziyasının nəzəri əsasları işlənib hazırlanmış və ona təsir edən xarici və daxili faktorlar müəyyənləşdirilmişdir. Bir çox ingibitor qarışıqları işlənib hazırlanmış və keçmiş SSRİ-nin müxtəlif sənaye sahələrində sınaqdan çıxarılmış və onların bəziləri neft-qazçıxarma sənayesində tətbiq olunmuşdur. Alüminium və onun ərintilərinin müxtəlif elektrolitlərdə və təbii sularda korroziya-elektrokimyəvi xassələri tədqiq olunmuş və bunların əsasında alüminium ərintilərinin korroziyadan mühafizə metodları təklif edilmişdir. Karbonlu poladların üzərində korroziyaya və aşınmaya qarşı davamlı, metalabənzər karbid örtüklərinin alınmasının fiziki – kimyəvi qanunauyğunluqları və bu örtüklərin korroziya-elektrokimyəvi xassələrinin öyrənilməsi, həmçinin alüminium ərintilərinin kiçik tezlikli impuls cərəyanı ilə oksidləşdirilməsi tədqiq edilmişdir.