az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarAkademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutuLaboratoriya №10 «Mineral maddələrin emalının kimyası və texnologiyası»

Tel.:

(994 12) 4390959

Faks:

(994 12) 4390959

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Mübariz Məcid oğlu Əhmədov
Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

İşçilərin ümumi sayı:

24

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Mineral xammalın və sənaye tullantılarının emalı texnologiyasının elmi əsaslarının işlənib hazırlanması.

Struktur bölmənin  əsas elmi nəticələri:

Azərbaycan Respublikasının mineral sərvətlərinin (polimetal sulfid filizi, alunit filizi, müxtəlif tərkibli gillər və s.) kompleks emalının və mövcud texnoloji proseslərin təkmilləşdirilməsinin elmi əsasları yaradılmışdır. Alunit filizi emalının mövcud texnologiyasının təkmilləşdirilməsi nəticəsində bir sıra qiymətli məhsulların (alüminium oksid, kalium sulfat, vanadium, qallium və s.) alınmasına imkan verən rasional texnoloji proses işlənib hazırlanmış və sınaqdan keçirilmişdir. Filizçay polimetal filizinin bir neçə variantda (avtoklav həll olma, xlorlaşdırıcı qovma və s.) işlənməsinin prinsip etibarilə yeni kompleks emalının texnoloji sxemi işlənib hazırlanmışdır. Müxtəlif istehsal sahələrində alınan kükürdtərkibli tullantı qazlardan qazvari reduksiyaedicilərlə termiki və katalitik üsulla reduksiya etməklə sərbəst kükürd alınması prosesinin nəzəri və təcrübi aspektləri işlənib hazırlanmış, nəticələr Rusiyanın Norilsk dağ-mədən kombinatının mis zavodunda tətbiq edilmişdir.