az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Faks:

(994 12) 4387756

Email:

ITPCHT@lan.ab.az

Struktur bölmənin rəhbəri: Sərdar Bahadur oğlu Zeynalov
Kimya elmləri doktoru, baş elmi işçi
İşçilərin ümumi sayı:

12

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Epoksid birləşmələri reaksiyalarının tədqiqi. Çoxfunksional birləşmələrin sintezi və tətbiqi.

Struktur bölmənin əsas elmi nəticələri:

Etilen və propilen oksidlərinin, epixlorhidrin (EXH) və protondonor üzvi maddələrin reaksiyaları əsasında çoxfunksional birləşmələrin sintezi aparılmışdır. EXH–nin aminlərlə, turşularla və spirtlərlə müxtəlif katalizatorların iştirakı ilə qarşılıqlı təsir reaksiyaları, həmçinin bu reaksiyaların kinetikası və mexanizmi öyrənilmişdir. Sadə, mürəkkəb və mürəkkəb- sadə efirlərin və epoksiefirlərin, efiraminspirtlərin, diaminspirtlərin və dialkoksispirtlərin alınma prosesləri işlənib hazırlanmışdır. EXH-nin bi- və trifunksional birləşmələrlə: aminspirtlərlə, aminfenollarla, oksiturşularla, sulfoturşularla və aminturşularla reaksiyası öyrənilmişdir. Alınmış birləşmələr plastifikatorlar, sürtgü yağları kimi, lak- boya və yapışqan kompozisiyalarında, bioloji- aktiv maddələr və maye kristallar kimi tətbiq oluna bilərlər. Aminturşuların çevrilmələri (azometinləşmə, efirləşmə, amidləşmə və epoksidləşmə) əsasında müxtəlif turşuların azometinləri, mürəkkəb efirləri, amidləri və epoksiefirləri alınmışdır. Reaksiyaya daxil edilən komponentlərin quruluşundan, turşuluğundan və əsaslığından asılı olaraq, aminturşuların reaksiyayagirmə qabiliyyəti tədqiq edilmişdir.