az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4389765

Faks:

(994 12) 4970593

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Nuşirəvan Xankişi oğlu Rüstəmov
Kimya elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

13

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Elementlərin təyininin yeni effektli fotometrik, ekstraksiyalı-fotometrik, ekstraksiyalı atom- adsorbsiya üsullarının işlənməsi və mürəkkəb tərkibli təbii və sənaye nümunələrində, ətraf mühit obyektlərində onların təyini.

Struktur bölmənin  əsas elmi nəticələri:

Respublika mineral xammalının kimyəvi emalı məhsullarında, mürəkkəb tərkibli təbii nümunələrdə nadir, əlvan, nəcib metalların qravimetrik, titrimetrik, fotometrik təyini metodlarını işləmək üçün onların ammonium tetrarodanodiaminxromatla və üzvi liqandlardan: pirokatexin, safranin, etoksiakridin, p-tretbutilfenol, salisil və oksinaftoy turşularının azotörəmələri ilə kompleksləri tədqiq edilmişdir.
Elementlərin yüksək həssaslıq və seçiciliyə malik təyini üsullarını işləmək üçün yeni analitik reagentlər məqsədyönlü sintez edilmiş, kvant kimyəvi hesablamalarla reagentlər və komplekslərin elektron quruluşları, təbiəti və reaksiya qabiliyyətləri müəyyənləşdirilmişdir.
Nadir və əlvan metalların təyininin işlənmiş yüksək həssaslığa və seçiciliyə malik fotometrik, ekstraksiyalı-fotometrik, ekstraksiyalı-atom-absorbsiya üsulları müxtəlif zavod və elmi-tədqiqat laboratoriyalarında mürəkkəb tərkibli təbii və sənaye materiallarında, ətraf mühit nümunələrində elementlərin təyinində istifadə edilir.