| Tel.: | (994 12) 5389765 |
|
| Faks: | (994 12) 4970593 |
|
| E-mail: | ||
| Struktur bölmənin rəhbəri: | İmir İlyas oğlu Əliyev |
|
| İşçilərin ümumi sayı: | 17 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Nadir torpaq elementləri və III,V qrup elementlərindən ibarət mürəkkəb tərkibli yarımkeçirici xassəyə malik şüşəvari və kristall fazaların sintezi və onların fiziki-kimyəvi xassələrinin tədqiqi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Yarımkeçiricilər texnikasında, xüsusilə elektron sənayesində işlədilə bilən lüminissent, fotohəssas, termoelektrik xassəli mürəkkəb yarımkeçirici birləşmələrin və bərk məhlulların alınması sahəsində arsen, tallium, və nadir torpaq elementlərinin xalkogenidlərindən ibarət sistem-lərində faza əmələgəlmə qanunauyğunluqları müəyyən edilmiş, bu sistemlərin faza diaqramları qurulmuşdur. Arsen, tallium tərkibli xalkogenidli dördlü şüşəvari birləşmələr İnfraqırmızı optikada və fotoelektronikada işlədilən yarımkeçirici materiallardır. Onların əsasında alınan fotolentlər İQ-şüaların köməyi ilə qaranlıqda fototəsvirlər almağa imkan verir. Kimyəvi əlaqənin metallaşması ilə əlaqədar olaraq şüşəəmələgəlmənin azalması və bir sıra fiziki parametrlərin dəyişməsi qanunauyğunluqları müəyyən edilmişdir. Mürəkkəb tərkibli xalkogenidli şüşəvari və kristall maddələrin monokristallarının alınma texnologiyasının elmi əsasları işlənib hazırlanmışdır. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011