az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarAkademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutuSektor №20.2 "Metal-üzvi və koordinasion birləşmələrin NMR spektrometriyası"

Tel.:

(994 12) 5389765

Faks:

(994 12) 4970593

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

İltifat Urşan oğlu Lətifov
Kimya elmləri doktoru, baş elmi işçi

İşçilərin ümumi sayı:

6

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Keçid metalların polimetiltsiklopentadienil komplekslərinin quruluşu və çevrilməsində elektron və fəza effektlərinin tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:

Tsiklopentadien və polimetiltsiklopentadien liqandları əsasında keçid metalların ditsiklopentadienil, həmçinin, bir- və ikinüvəli tsiklopentadienilkarbonil tipli komplekslərinin onlarla homoloji sıraları ilk dəfə olaraq sintez edilmiş, onların quruluşları müasir fiziki-kimyəvi üsullarla tədqiq olunmuşdur. Komplekslərin davamlılığına, molekulyar, kristallik və elektron quruluşuna alkil qruplarının, həmçinin, müxtəlif elektron konfiqurasiyalı metal atomlarının təsir xüsusiyyətləri müəyyən edilmişdir. Göstərilmişdir ki, alkiltsiklopentadienilkarbonil komplekslərində metal atomu (M) keçid metalların birinci sırasına aid olduqda alkil qrupların CO qrupuna elektron təsiri M-CO rabitəsinin əsasən π-komponenti vasitəsilə, metal ikinci və üçüncü sıraya aid olduqda isə əsasən σ-komponenti vasitəsilə ötürülür.

Dəmir, kobalt və rodiumun sendviç tipli dipolimetiltsiklopentadienil komplekslərində qonşu tsiklopentadienil halqalarında yerləşmiş metil qrupları arasında fəza qarşılıqlı təsirin olması rentgenquruluş və nüvə maqnit üsulları ilə təsdiq edilmişdir.