az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarAkademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutuLaboratoriya № 9 Polimer sorbentləri və immobilizə olunmuş metal kompleks katalizatorları

Tel.:

(994 12) 4387567

Faks:

 

Email:

efendi@lan.ab.az

Struktur bölmənin rəhbəri:

Zeynalov Nizami Allahverdi oğlu
Kimya elmləri doktoru, professor, baş elmi işçi

İşçilərin ümumi sayı:

26

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Azot, oksigen və kükürd tərkibli sintetik və təbii polimerlərin əsasında yeni sorbentlərin, immobilizə olunmuş katalizatorların alınması və onların sorbsiya və katalitik xassələrinin öyrənilməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

Kompleks əmələ gətirən polimer sorbentlərin və immobilizə olunmuş metal polimer kompleks katalizatorların alınmasının yeni prinsipləri işlənib hazırlanmışdır. Prinsiplərdən biri polimer kompozisiyasi hafizəsının istifadəsinə əsaslanır və ilkin polimerin aktiv mərkəzlərinin sorbsiya olunan metal və yaxud karbohidrogen substratlarına kökləndirilməsi və sonradan molekullararası tikilmə yolu ilə məqsədəuyğun quruluş halında təsbit edilməsindən ibarətdir. Digər prinsip isə üzvi həlledicilərdə yaxşı şişən kauçuka çalaq olunmuş oksigen- və azottərkibli makroliqandlarla keçid metallarının komplekslərı əsasında polimer gellərdə immobilizə olunmuş katalitik sistemlərin konstruksiya olunmasından ibarətdir. Həmin prinsiplərdən istifadə etməklə fosforil,karboksil, piridin, amin və imin funksional qrupları olan yüksək sorbsiya və katalitik xassələrə malik yeni nəsil polimer sorbentlər və immobilizə olunmuş katalizatorlar alınmışdır. Belə katalizatorlar özlərini homogen katalizatorlar kimi aparır, çünki yüksək dərəcədə şişmiş polimerlərdə diffuziya surəti mayelərdəki diffüziya surətinə yaxındır və heterogen katalizatorlar kimi reaksiya mühitindən asanlıqla ayrılıb təkrar istifadə oluna bilirlər. Belə sorbentlər və katalizatorlar müxtəlif sorbsiya proseslərində, eləcə də bir sıra karbohidrogenlərin oksidləşməsi, hidrogenləşməsi, dimerləşməsi , sodimerləşməsi və oliqomerləşməsi reaksiyalarında yüksək aktivlik, selektivlik və stabillik nümayiş etdirirlər.
Bununla yanaşı alkil- , arilhalogenidlərlə alüminium və titan, sirkonium birləşmələri əsasında vinil monomerlərinin polimerləşməsı üçün yeni katalizatorlar alınmışdır.