az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4389654

Faks:

(994 12) 4970593

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Əjdər Əkbər oğlu Məcidov
Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

İşçilərin ümumi sayı:

12

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Metalkompleks birləşmələrin sintezi, onların quruluşunun, xassələrinin, reaksiya qabiliyyətinin və katalitik aktivliyinin tədqiqi.

Struktur bölmənin  əsas elmi nəticələri:

Xelat əmələ gətirən stabil radikallarla metal komplekslərinin sintezi, quruluşu və xassələrinin öyrənilməsi istiqamətində laboratoriyada aparılan işlər koordinasion birləşmələr kimyasında və homogen katalizdə yeni istiqamətin əsasını qoymuşdur. İlk dəfə tərkibində stabil radikal qrupları olan liqandlarla metalların kristal kompleks birləşmələri sintez olunmuş, onların kristallik və molekulyar quruluşu öyrənilmiş, paramaqnit mərkəzlər arasındakı məsafələr təyin edilmiş, spin mərkəzləri arasındakı mübadilə qarşılıqlı təsirinin enerjisi hesablanmış və qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, metalların xelat birləşmələrinin əksəriyyətində metal-radikal məsafəsi 0,5 nm-dən kiçik deyil. Göstərilmişdir ki, belə məsafələrdə paramaqnit mərkəzləri arasındakı elektron mübadilə qarşılıqlı təsir enerjisi nisbətən azdır və radikalın reaksiya qabiliyyətinə ciddi təsir göstərmir. Eyni zamanda metal ionunun (ikivalentli misin) koordinasiya sferasına radikal mərkəzinin (nitroksilin) daxil olması onun oksidləşmə-reduksiya reaksiyalarında aktivləşməsinə səbəb olur. Metal ionu ilə liqandların koordinasiyası əsasında C-C oksidləşmə qoşulması tapılmışdır. Son illərdə oksidləşmə-dehidrogenləşmə və keçid metalı ionunun koordinasiya sferasında yerləşən liqandlarda azometin rabitəsinin oksidləşmə- dehidrogenləşməsi və hidrogenləşməsi reaksiyaları tədqiq edilir.