| Tel.: | (994 12) 4387437 |
|
| Faks: | (994 12) 4970593 |
|
| E-mail: | ||
| Struktur bölmənin rəhbəri: | Əli Nəcəfqulu oğlu Nuriyev |
|
| İşçilərin ümumi sayı: | 21 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Təbii və sənaye tullantı sularından qiymətli mikroelementlərin, toksiki maddələrin təbii və sintetik sorbentlərlə çıxarılması proseslərinin elmi əsaslarının tədqiqi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Neft sularında nadir və səpələnmiş elementlərin yayılması və paylanmasının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, neft-lay suları- süxur sistemi mikroelementlər üçün xarakterik olan kinetik əlaqəni və miqdari nisbəti pozaraq onların yenidən paylanmasına şərait yaradan spesifik mühitdir. Mikroelementlərin hidrotermal xammal kimi istifadəsinin mümkünlüyü və iqtisadi məqsədəuyğunluğu əsaslandırılmış, uranın, radiumun, litiumun, borun sulardan çıxarılması üçün bir sıra selektiv sorbetnlər alınmış, onlar təcrübi-sənaye bazasında sınaqdan keçirilmişdir. Neft-lay sularından xörək duzunun, mineral sulardan karbon qazının alınma texnologiyası hazırlanmışdır. Dispers sistemlər sahəsində axıntı sularının zərərli üzvi maddələrdən effektiv sorbentlərdən istifadə etməklə təmizlənməsinə nail olunmuşdur. Müəyyən edilmişdir ki, monokation formalı sorbentlərdə sorbsiya prosesi daha intensiv gedir və mübadilə kationları sorbentin adsorbsiya aktivliyinə əsaslı təsir göstərir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011