az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4394163

Faks:

(994 12) 4970593

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Dayandur Mürşüd oğlu Qənbərov
Kimya elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

13

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Mürəkkəb oksid, xalkogenid və digər tip qeyri-üzvi birləşmələrin məqsədli sintezinin, kristallaşma və çevrilmə proseslərinin quruluş-kimyəvi aspektləri.

Struktur bölmənin  əsas elmi nəticələri:

Mürəkkəb tərkibli oksid və xalkogenidlər, iri kationlu silikatlar, onların karkas quruluşlu seolit törəmələri, koordinasion birləşmələr və bunlar əsasında sintez edilmiş mürəkkəb klatratlar, mineral xammal əsasında alınmış alümosilikat şüşələri, və onların kristallaşma məhslulları laboratoriyada aparılan quruluş-kimyəvi tədqiqatların obyektləridir. Qeyri-üzvi birləşmələrin quruluşu, kimyəvi tərkibləri və xassələri arasındakı korrelyasiyanı öyrənməklə müxtəlif tip qeyri-üzvi maddələrin məqsədli sintezinin quruluş-kimyəvi prinsipləri işlənilmiş, bir sıra kimyəvi hadisələrin molekulyar mexanizmi aşkar edilmiş, tədqiq olunan quruluşlarda ümumi xarakterli kristallokimyəvi qanunauyğunluqlar müəyyən edilmiş, praktiki əhəmiyyətli qeyri-üzvi maddələr və materiallar (silikatlar, şüşələr, seolitlər, izolyasiya materialları, xalkogenidlər, metalkomplekslər, klatratlar və s.) alınmışdır.