| Tel.: | (994 12) 5394191 |
|
| E-mail: | chem@science.az | |
| Struktur bölmənin rəhbəri: | Tofiq Murtuza oğlu
Nağıyev |
|
| İşçilərin ümumi sayı: | 12 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Hidrogen-peroksidlə selektiv monooksidləşmə- hidroksidləşmə, epoksidləşmə və oksidləşdirici dehidrogenləşmə reaksiyalarında biomimetik katalizin fundamental əsaslarının inkişafı. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Koherent sinxronlaşmış kimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsi yaradılmışdır: kimyəvi interferensiyanın fenomen təyini və determinant tənliyi verilmişdir. Oksidləşdiriciyə və temperatura qarşı davamlı yüksək effektli hidroksidləşdirici və epoksidləşdirici katalitik bioimitatorlar işlənib hazırlanmışdır. Müvafiq kinetik parametrləri ilə yeni HO•2-asılı elementar reaksiyalar verilmişdir. Müxtəlif sərbəst radikallı reaksiyalar: atmosfer azotunun oksidləşdirici fiksasiyası, alkan və alkenlərin əlaqəli dehidrogenləşməsi, epoksidləşməsi və hidroksidləşməsi aşkar edilmiş və ətraflı tədqiq olunmuşdur. Bu proseslərdə hidrogen peroksidin müxtəlif reaksiyalara induksiyaedici təsir xüsusiyyəti reallaşdırılmışdır. Mitoxondrial energetik proseslərin kimyəvi əlaqəsi konsepsiyası işlənib hazırlanmış və katalaza enziminin təsir mexanizmi verilmişdir. Hal-hazırda yüksək həssaslığa malik analitik sistemlərin--biomimetik sensorların yaradılmasının yeni elmi prinsipləri müvəffəqiyyətlə işlənib hazırlanır. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011