| Tel.: | (994 12) 4394012 |
|
| E-mail: | chem@science.az | |
| Struktur bölmənin rəhbəri: | Arif Cavanşir oğlu Əfəndi |
|
| İşçilərin ümumi sayı: | 19 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Karbohidrogenlərin, onların hidrogenli törəmələrinin katalitik oksidləşmə reaksiyalarının kinetika və mexanizminin tədqiqi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Alifatik, olefin, dien, tsiklik, aromatik karbohidrogenlərin halogenli törəmələrinin müxtəlif daşıyıcılar üzərinə çökdürülmüş vanadium, molibden, fosfor, sürmə, kobalt, bismut oksid katalizatorların səthində əhəmiyyətli üzvi turşu, anhidrid və aldehidlərə katalitik oksidləşmə proseslərinin və kiçik molekullu alifatik spirtlərin sirkonium, dəmir, vanadium ərintiləri, onların hidridləri üzərində oksidləşdirici dehidrogenləşmə reaksiyalarının elmi əsasları işlənib hazırlanmışdır. Bu proseslər üçün yüksək aktivlik və selektivlik göstərən katalitik sistemlər sintez olunmuş, aktivlik və selektivlik sıraları müəyyən edilmişdir. Bu proseslərin kinetik qanunauyğunluqları müəyyən edilmiş, hər bir proses üçün kinetik modellər tərtib olunmuşdur. Katalitik sistemlərin dezaktivləşmə və reaktivləşmə dinamikası tədqiq edilmiş, yeni qeyri-ənənəvi aktivləşmə üsulları təklif edilmişdir. Bu proseslərin ekoloji problemlərinin həllində praktiki əhəmiyyətini nəzərə alaraq, onların prinsipial texnoloji sxemləri, riyazi modelləri işlənib hazırlanmış və optimal layihələşdirilməsi təklif olunmuşdur. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011