az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4389765

Faks:

(994 12) 4970593

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Gülməmməd Ziyəddin oğlu Süleymanov
Kimya elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

11

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Keçid və nadir torpaq elementli, üzvi və metalkarbonil liqandlı koordinasiyon birləşmələrin sintezi, tədqiqi və onların əsasında yeni katalitik sistemlərin hazırlanması.

Struktur bölmənin  əsas elmi nəticələri:

Bir sıra keçid və nadir torpaq elementi tərkibli üzvi və metal karbonil liqandlı yeni sinif koordinasion və metal üzvi birləşmələrin sintez modifikatorları işlənib hazırlanmış, quruluşla xassə arasında bəzi asılılıqlar müəyyən edilərək, bu birləşmələrdəki metal atomlarının və onlarla əlaqədə olan liqandların təbiətlərinin öncə onların reaksiyayagirmə qabiliyyətlərinə, sonra isə katalitik və antidetonatorluq xassələrinə təsiri müəyyən edilmiş və yeni elmi istiqamət inkişaf etdirilmişdir. Bu birləşmələrin bəzilərindən mühərrik və dizel yanacaqlarında tetraetil qurğusunu əvəz edə bilən oktanqaldırıcı qatqı kompozisiyalarının hazırlanmasında istifadə edilmişdir. Bunlardan respublikanın kimya və neft-kimya məhsulları əsasında hazırlanmış ferrosen əsaslı "Kriskat" kompozisiyasını göstərmək olar. Bu kompozisiyanın lahiyə sənədləri tətbiq üçün hazırlanmışdır. Alınmış bəzi metalkarbonil birləşmələrindən kükürdlü neft məhsullarının katalitik yolla 20-60C temperaturlarda elementar kükürdə qədər reduksiya etməklə təmizlənməsi və Z–forminq prosesi üçün Zn-Mo əsaslı yeni katalitik sistemlərin hazırlanmasında istifadə edilmişdir.