az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarAkademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutuLaboratoriya №21 "Dəmir filiz xammalının emalının kimyası və texnologiyası"

Tel.:

(994 12) 5390096

Faks:

(994 12) 5108593

E-mail:

chem@science.az, zalizadeh@mail.ru 

Struktur bölmənin rəhbəri:

Zaur İslam oğlu Əlizadə
Kimya elmləri namizədi, baş elmi işçi, Beynəlxalq Ekoenerji Akademiyasının kimya üzrə professoru

İşçilərin ümumi sayı:

8

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Poladəritmə və ovuntu metallurgiyası üçün dənəvərlər və dəmir ovuntuları almaqla, xammalın başqa qiymətli komponentlərini çıxarmaqla, respublikanın dəmir və titan tərkibli müxtəlif növ filiz və tullantılarının səmərəli istifadəsi, kompleks emalının kimyası və texnologiyasının tədqiqi və işlənilməsi.

Struktur bölmənin  əsas elmi nəticələri:

Daşkəsən dəmir filizlərinin əsaslı və kompleks zənginləşdirilməsi, maqnetit superkonsentratlarının dənəvərləşdirilməsi və onların metallaşmış dənəvərlər və dəmir ovuntuları almaqla təbii qazla bilavasitə reduksiyası; dəmir ovuntusu ilə yanaşı, "süni rutil", xrom birləşmələri, g-Al2O3, yüksək təmizlikdə V2O5 almaq və işlənilən reagentləri regenerasiya etməklə səpələnmiş sahil, şelf və əsas intruziv titanmaqnetitlərin kompleks emalı, həmçinin sənaye tullantılarının səmərəli istifadəsi prosesləri işlənib hazırlanmışdır. Azərbaycanın qara metallurgiyasının inkişafı konsepsiyası işlənib və hökümət tərəfindən qəbul edilmişdir. Filizin bütün mərhələlər üzrə səmərəli emalı və sənaye miqyasında sınaqdan keçirilməsinin nəticələri əsasında yerli xammaldan 1 mln. ton polad istehsalı kompleksinin layihəsi Almaniyanın "Ferrostaal" metallurgiya şirkəti ilə birlikdə hazırlanmışdır.