| Tel.: | (994 12) 4390096 |
|
| Faks: | (994 12) 4970593 |
|
| E-mail: | ||
| Struktur bölmənin rəhbəri: | Yuriy
Nikolayeviç Litvişkov |
|
| İşçilərin ümumi sayı: | 21 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Ətraf mühitin mühafizəsi, karbohidrogenlərin buxar və maye fazalı oksidləşdirici çevrilməsi, oksigen tərkibli birləşmələrin reduksiyaedici aminləşməsi prosesləri üçün yeni effektiv katalizatorların işlənib hazırlınması. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Biosid xassəli bütün sıra azottərkibli üzvi birləşmələrin mövcud alınma üsullarını sadələşdirməyə və effektivliyini artırmağa imkan yaradan polifunksional mürəkkəb tərkibli katalitik sistemlərin, həmçinin daşıyıcılar üzərində reduksiya olunmuş keçid metallar sinfinə aid olan katalizatorların sintezinin elmi prinsipləri formalaşmış və işlənib hazırlanmışdır. Sənaye biosidləri, zərərverici həşaratlara qarşı repellentlər, yüksək termiki stabilliyə malik sintetik polimerlər üçün monomer kimi geniş tətbiq olunan aminobenzonitrillərin, tereftalonitrilin, sianpiridinin, C4-C9 alkannitrillərin, karbon turşularının N-əvəzolunmuş amidlərinin, alifatik C4-C20 yağların və naftenaminlərin katalitik alınmasının effektiv üsulu və texnologiyası yaradılmışdır. Karbohidrogenlərin karbonmonooksidlə birgə dərin oksidləşmə reaksiyası, m- və p- ksilolların maye fazalı oksidləşməsi prosesləri üçün yeni yüksək aktivliyə malik alüminium karkaslı katalizatorların alınmasının elmi əsasları yaradılmışdır. Oksigen tərkibli birləşmələrin reduksiyaedici aminləşmə reaksiyaları üçün işlənib hazırlanmış bifunksional katalizatorların aktivləşdirici təsirinin mexanizmi müəyyən edilmişdir. Neft fraksiyalarının və fərdi karbohidrogenlərin mühüm məhsullara çevrilməsi üçün təbii, sintetik seolitlər və metalsilikatlar əsasında yüksək effektivlikli katalizatorlar alınmışdır. Bir sıra qeyri-üzvi birləşmələrin ekzotermiki kimyəvi reaksiyalarından ayrılan istiliyin ekoloji təmiz alternativ enerji mənbəyi kimi istifadə olunması təklif edilmişdir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011