| Tel.: | (994 12) 4394159 |
|
| E-mail: | chem@science.az | |
| Struktur bölmənin rəhbəri: | Rasim Mustafa oğlu Qasımov |
|
| İşçilərin ümumi sayı: | 14 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Kimya proseslərin nəzarət və idarə olunması üçün, texniki və proqram vasitələrin, avtomatlaşdırılmış analiz üsullarının işlənib hazırlanması. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Elektron hesablama maşınların xromatoqraf və spektral cihazlarla birləşdirici qurğular, qazın sərfini ölçən rəqəmli qurğular, dozimetrlər, qaz və maye üçün rəqəmli tənzimləyicilər və dozatorlar işlənib hazırlanmışdır. Bu cihazlar laboratoriya tədqiqatlarında, sənaye miqyasında izobutilenin alınma prosesi üçün yaradılmış optimal idarəetmə sistemində və istilik elektrostansiyasında yanma prosesinə nəzarət etmək üçün yaradılmış informatik – ölçü dispetçer sistemində istifadə edilmişdir. İlk dəfə udan laylı mühitlərdə elektromaqnit şüalarının əks olunmadan (tam) udulma effekti nəzəri və təcrübi yollarla əsaslandırılmışdır. Bu effektin əsasında neft və neft məhsullarında suyun miqdarına nəzarət edən, zəif polyar maddələrin dielektrik xassələrinin, relaksasiya vaxtını və dipol momentini ölçən, polyar mayelərin identifikasiyası üçün mikrodalğa üsulları yaradılmışdır. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011