az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4389765

Faks:

(994 12) 4970593

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Mehman Nəsib oğlu Məmmədov
Kimya elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

13

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Fotoaktiv, yarımkeçirici və korroziyaya davamlı ərintilərin elektrokimyəvi metodlarla alınması üsullarının işlənib hazırlanması.

Struktur bölmənin  əsas elmi nəticələri:

Tərkibində selen və tellur olan zavod tullantılarından bu elementlərin çıxarılması və elektrotəmizlənməsi aparılmış və alınan nəticələr Moskva vilayətinin Şelkov zavodunda müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. Bakı yod zavodunun buruq sularından yodun, Gəncə alüminium zavodunun tullantılarından qalliumun elektrokimyəvi yolla ayrılmasının texnologiyası işlənib hazırlanmışdır. Tellur və selen əsasında yarımkeçirici və korroziyaya davamlı qurğuşun-tellur, qurğuşun-sürmə-tellur örtüklərin alınmasına imkan verən elektrolit sənayedə Bakı Səttarxan adına Maşınqayırma və Qroznı şəhərinin Krasnıy Molot zavodlarında öz tətbiqini tapmışdır. Alınan örtüklər yüksək korroziyaya davamlılıq göstərir və tərkibində hidrogen sulfid olan neft məhsullarında neft avadanlıqlarını korroziyadan qoruyur. Günəş enerjisindən istifadə etməklə suyun fotoelektrolizi üçün effektiv anod materiallar alınmış, və bu reaksiya üçün elmi-nəzəri əsaslar hazırlanmışdır.