az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarAkademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutuLaboratoriya №15 "Seolitlər və yarımkeçiricilər üzərində kataliz"

Tel.:

(994 12)  5399195

Faks:

(994 12)  5387756

Email:

ITPCHT@lan.ab.az

Struktur bölmənin rəhbəri:

Ağadadaş Mahmud oğlu Əliyev
Texnika elmləri doktoru, akademik

İşçilərin ümumi sayı:

37

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Üzvi birləşmələrin sintezi reaksiyası üçün effektiv katalizatorların seçilməsinin elmi əsaslarının yaradılması, katalitik proseslərin nəzəri və eksperimental tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:

Dəyişən aktivliyə malik katalizatorların iştirakı ilə gedən müxtəlif katalitik proseslərin qeyri-stasionar kinetik modellərinin qurulması metodları işlənib hazırlanmışdır. Qeyri-stasionar aktivlikli katalizatorların tərpənməz və qaynar laylarında gedən sənaye proseslərinin riyazi modelləşdirilməsinin və optimallaşdırılmasının prinsipləri yaradılmışdır. Bu prinsiplər əsasında Nijnekamsk "Neftkimya" kombinatında və Sumqayıt "Neftkimya" İB-də mövcud olan yüksəktonnajlı parafin və olefin karbohidrogenlərinin dehidrogenləşməsi proseslərinin riyazi modelləri yaradılmış və optimal iş rejimləri təyin edilmişdir. Yüksək effektivliyə malik qeyri-stasionar katalitik proseslərin optimal layihələşdirilməsi metodu işlənib hazırlanmışdır və bunun əsasında bir neçə proses optimal layihələşdirilmişdir. Proseslərin dinamikasını nəzərə almaqla kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimallaşdırılması metodları işlənib hazırlanmışdır. Kiçik molekullu olefin və parafin karbohidrogenlərinin çoxmərhələli oksidləşdirici çevrilməsi reaksiyaları üçün yüksək effektivliyə malik modifikasiya edilmiş polifunksional seolit katalizatorları sintez edilmiş və onlar üzərində gedən reaksiyaların kinetika və mexanizmi öyrənilmişdir. Alifatik spirtlərin oksidləşdirici çevrilməsi çoxmərhələli reaksiyaları üçün yüksək effektivliyə malik polifunksional seolit katalizatorlarının konstruksiya edilməsinin prinsipləri yaradılmışdır. Bu prinsiplər əsasında alifatik spirtlərin aldehidlərə, turşulara və mürəkkəb efirlərə oksidləşdirici çevrilməsi üçün yeni polifunksional seolit katalizatorları konstruksiya edilmiş və bu katalizatorlar üzərində həmin reaksiyaların kinetika və mexanizmi öyrənilmişdir.