| Tel.: | (994 12) 4389765 |
|
| Faks: | (994 12) 4970593 |
|
| E-mail: | ||
| Struktur bölmənin rəhbəri: | İxtiyar Bəhrəm oğlu
Bəxtiyarlı |
|
| İşçilərin ümumi sayı: | 20 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Metalların xalkogenid və oksixalkogenid birləşmələrinin məqsədli sintezi üçün uyğun sistemlərdə kimyəvi qarşılıqlı təsiri tədqiq edərək hal diaqramlarının, likvidus səthinin proyeksiyalarının qurulması, alınan yeni fazaların tərkib-quruluş-xassə asılılığının öyrənilməsi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Lüminofor, lazer, optiki linza, - filtr materialı kimi geniş tətbiq sahələri olan xalkogenidli, oksixalkogenidli kristallar, şüşələr sintez edilmişdir və onların fiziki-kimyəvi, optiki xassələri öyrənilmişdir. Müəyyən olmuşdur ki, lantanoidlərin bütün mürəkkəb oksisulfidləri peritektik reaksiyalar vasitəsilə əmələ gəlirlər. Bu birləşmələrin quruluşu ilə onların parçalanmasından əmələ gələn bərk fazaların quruluşu arasında sadə planlı rekonstruksiya əlaqəsi ilə yanaşı onların bir-birinə çevrilməsini asanlaşdıran atomların kollektiv cüzi sürüşmə mexanizmi də vardır. Bu kriteriyalar peritektik reaksiyalarla əmələ gələn başqa sinif birləşmələrdə də ödənilir ki, bu da onun daha ümumi mahiyyət daşıdığını göstərir. Peritektik reaksiyalarla alınan birləşmələrin quruluşu ilə onların parçalanmasından əmələ gələn bərk fazaların quruluşları arasında belə bağlılıq, onların məqsədli sintezinin təşkilində, fiziki-kimyəvi xassələrinin izahında aparıcı ideyadır. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011