az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5397433

Faks:

(994 12) 4970593

Email:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Elza Əbdüləziz qızı Salahova

Kimya elmləri doktoru, böyük elmi işçi

İşçilərin ümumi sayı:

10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Yarımkeçirici xassəyə malik renium – xalkogenidlərinin nazik təbəqələrinin elektro-kimyəvi üsulla alınması.

Struktur bölmənin əsas elmi nəticələri:

Yarımkeçirici xassəyə malik renium ərintilərinin nazik təbəqələrinin müxtəlif örtüklər üzərində elektrokimyəvi üsulla alınması üçün optimal şərait, elektrolit seçilmiş və ərintilərin tərkibinə, xassələrinə müxtəlif amillərin təsiri öyrənilmişdir. Elektroliz üsulu ilə alınmış renium xalkogenidlərinin birgə elektrolitik çökmə prosesinin mexanizmi və əsas qanunauyğunluqları bir sıra müasir metodlarla tədqiq edilmişdir. Müxtəlif örtüklər üzərində alınmış renium ərintilərinin nazik təbəqələrinin fiziki və elektrofiziki xassələri öyrənilmişdir. Renium-xalkogenid təbəqələri əsasında diod quruluşu yaradılmış, statik və dinamiki volt-amper xarakteristikası öyrənilmiş, alınmış təbəqələrdə çevrilmə və yaddaş effekti müəyyən edilmişdir. Bu da, həmin təbəqələrin elektronikada müxtəlif cihazların istehsalında istifadə edilməsinə imkan yaradır.