| Tel.: |
(994 12) 4389765 |
|
| Faks: | (994 12) 4970593 |
|
| Email: | ||
| Struktur bölmənin rəhbəri: |
Mürşüd Xanvəli oğlu Ənnağıev |
|
| İşçilərin ümumi sayı: | 10 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Təbii alümosilikatların kimyəvi və mineral tərkibindən asılı olaraq səthlərindəki aktiv və adsorbsiya mərkəzlərinin tədqiqi; onların əsasında maye karbohidrogenlərin və sənaye qazlarının təmizlənməsi üçün effektiv adsorbentlərin alınmasının və tətbiq edilməsinin elmi əsaslarının işlənib hazırlanması. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Respublikanın təbii alümosilikatları əsasında yeni adsorbent və katalizatorlar sintez edilmişdir. Adsorbent və katalizatorların kimyəvi tərkibindən, mübadilə kationlarının təbiətindən asılı olaraq onların səthlərindəki turşu və əsasi mərkəzlərin təbiəti, miqdarı, gücü, adsorbsiya olunmuş müxtəlif molekulyar zondlar vasitəsilə tədqiq edilmişdir. Bu mərkəzlərin müxtəlif maddələrin adsorbsiyasında və katalitik proseslərdə rolu müəyyən edilmişdir. Hazırlanmış adsorbentlərin köməyi ilə sənaye qazlarını müxtəlif qarışıqlardan təmizləmək üçün laboratoriyada alınmış nəticələr sənaye miqyasında yoxlanaraq, tətbiq olunmuşdur. Xlor qazının qurudulması üçün təklif olunmuş metodika üzrə istehsalat qurğusu tikilmişdir. İşlənmiş maye karbohidrogenləri müxtəlif qarışıqlardan təmizləmək üçün təbii alümosilikatlar əsasında alınmış effektiv adsorbentlər sənayedə tətbiq olunmaq üçün tövsiyə edilmişdir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011