az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 50) 2222927

Faks: (994 12)5107442
E-mail:

mmanafov@gmail.com

Struktur bölmənin rəhbəri:

Manafov Manaf Rizvan oğlu
Texnika elmləri namizədi

İşçilərin ümumi sayı:

18

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

İnstitutun problemləri üzrə elmi-texniki və patent məlumatlarının toplanması, təhlili və sistemləşdirilməsi, elmi-hesabatların və yeni mövzuların dövlət qeydiyyatından keçirilməsi üçün sənədlərin hazırlanması, dövrü elmi tədbirlərin təşkili.

Struktur bölmənin əsas elmi nəticələri:

İnstitutun strukturu, laboratoriya və sektorlarda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri və əldə edilmiş elmi nəticələr haqqındakı məlumatlar ingilis, rus və azərbaycan dillərində hazırlanmış, Milli Elmlər Akademiyasının www.science.az saytında yerləşdirilmişdir. Həmin saytdakı elmi nəticələr haqqında olan məlumatlar vaxtaşırı olaraq yeniləşdirilir. İnstitutun elektron poçtuna xaricdən gələn məktubların, konfrans və simpoziumlar haqqında məlumatların azərbaycan dilinə, həmçinin, əməkdaşlar tərəfindən xaricə göndərilən elmi əsərlərin və lazımi sənədlərin ingilis dilinə tərcüməsi şöbənin tərcüməçiləri tərəfindən yerinə yetirilir. İnternet vasitəsilə institutun elmi-tədqiqat işlərinin istiqamətlərinə uyğun axtarışlar vaxtaşırı aparılaraq məlumatlar toplanılır. Respublikamızda kimyanın müxtəlif sahələrindəki elmi yeniliklərin əməkdaşlara çatdırılması üçün konfranslar və institutda əvvələr çalışmış görkəmli kimyaçıların həyat və yaradıcılığına həsr edilmiş yubiley iclasları təşkil olunur və konfrans materialları kitabça şəklində çap olunur.