|
|
| Tel.: |
(994 12) 4389765, 4381476 |
|
| Faks: | (994 12) 4970593 | |
| E-mail: | chem@science.az | |
| Struktur bölmənin rəhbəri: |
Şahin Teymur oğlu Bağırov |
|
| İşçilərin ümumi sayı: | 6 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Elmi-tədqiqat işlərinin sənayedə tətbiqi üçün planların hazırlanması, onların tətbiqinə nəzarət edilməsi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Şöbə başa çatmış elmi-tədqiqat işlərinin sənayedə tətbiqi məsələləri ilə məşğul olur. Son dövrlərdə “Neftçıxarmada və neft emalında dispetçer sistemi”, “Heterogen katalitik proseslərdə katalizatorların seçilməsi üçün avtomatlaşdırılmış qurğunun hazırlanması” elmi-tədqiqat işləri sənayedə tətbiq edilmiş və uyğun sənədlər alınmışdır. Hal-hazırda “Seolit katalizatorları üzərində izopropil spirti sintezinin elmi əsasları”, “Bəzi keçid dihalogen hidratlarının susuzlaşdırılması”, “Təbii alümosilikatlar əsasında praktiki əhəmiyyətli seolitlərin sintezi, xassələrinin öyrənilməsi” «Naften turşusu vasitəsilə metropoliten tunellərin geyimini təşkil edən dəmir-beton blokların korroziyaya məruz qalan armaturlarının korroziya nəticəsində əmələ gələn oksidlərdən təmizlənməsi», "Yanacaqların tərkibində antidetonator və oktan ədədinin qaldırıcısı kimi istifadə olunan ferrosenin alınması və sənaye miqyasında tətbiqi", "Neft məhsullarının dimerkaptanizasiyası üçün yeni katalitik sistemlərin sənayedə tətbiqi", "İmpuls zondlaşdırma metodla polyar mayelərin identifikasiyası" və s. əhəmiyyət kəsb edən işlərin sənayedə tətbiq edilməsi sahəsində işlər davam etdirilir. Bundan başqa şöbənin əməkdaşları 2003-2008-ci illər ərzində müxtəlif elmi konfranslarda çıxışlar etmiş, həmin illər ərzində 3 patent alınmış və 25-dən artıq elmi məqalələr müxtəlif jurnallarda nəşr olunmuşdur. |
| | Rəyasət
heyəti | Rəyasət
heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar
| | AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri | |