az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5389765

Faks:

(994 12) 4970593

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Səadət İzzət qızı Bənənyarlı
Kimya elmləri namizədi

İşçilərin ümumi sayı:

11

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Mikroelektronika üçün xüsüsi xassələrə malik qeyri – üzvi oksid materiallarının sintezi və tədqiqi

Struktur bölmənin  əsas elmi nəticələri:

Qələvi, qələvi-torpaq metalların oksidlərinin, III-V qrup elementlərinin oksidlərinin, nadir torpaq elementlərinin iştirakı ilə bor anhidridi əsasında mürəkkəb oksid sistemlərində qarşılıqlı faza əlaqələri öyrənilmişdir. İlk dəfə olaraq kvazibinar və politermik kəsiklərin hal diaqramları verilmiş, üçlü sistemlərin likvidus səthinin proyeksiyası qurulmuş, sistemlərdə yeni üçlü birləşmələrin varlığı aşkar edilmiş, şüşəəmələgəlmə sahələri təyin edilmişdir. Müəyyən olunmuşdur ki, şüşəəmələgəlmə sahəsinin şüşəəmələgətirməyən binar sistem tərəfə genişlənməsi üçlü sistemdə yeni üçlü şüşəəmələgətirici birləşmənin alınması ilə əlaqədardır. Alınmiş yüksək dielektrik nüfuzluqlu (40-50 qədər) asan əriyən şüşələrin elektrofiziki və texnoloji xüsusiyyətləri öyrənilmiş və bunun əsasında elektron texnikasında istifadə üçün yararlı olan şüşə-keramik kompozisiyalar təklif edilmişdir. Üçlü borat oksidləri əsasında asan əriyən qoruyucu örtük kimi istifadə oluna bilən dielektrik xassəli şüşələr, yarımkeçirici, lüminessent xassəli materiallar alınmışdır. Xüsüsilə mikroelektronirkada işlənilən kondensatorların hazırlanmasında istifadə oluna bilən yüksək dielektrik nüfuzlüğa (40-a qədər) malik olan şüşələrin tərkibi işlənib hazırlanmışdır.