az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarAkademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutuLaboratoriya №4 "Sənaye katalizatorların kimyası və texnologiyası"

Tel.:

(994 12) 4389654

Faks:

(994 12) 4970593

E-mail:

chem@science.az

Struktur bölmənin rəhbəri:

Viktor Yefimoviç Şeynin
Kimya elmləri doktoru, baş elmi işçi

İşçilərin ümumi sayı:

20

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Mühüm sənaye prosesləri üçün katalizatorların alınmasının elmi əsaslarının və texnologiyasının işlənib hazırlanması.

Struktur bölmənin  əsas elmi nəticələri:

Parafin, olefin, aromatik karbohidrogenlərin və onların funksional törəmələrinin yumşaq və qoşma oksidləşmə reaksiyalarının təcrübi və nəzəri aspektləri işlənib hazırlanmışdır. Təcrübi və texnoloji yeniləşmələr əsasında bir sıra tsiklik və aromatik nitrillərin yüksək effektivlikli, praktiki olaraq tullantısız alınma prosesləri yaradılmışdır. Bu işlər nəticəsində benzonitril, tereftalonitril və ftalonitrilin alınması üçün kompleks qurğular tikilib istifadəyə verilmişdir. Aşağı temperaturlu stabilizatorlar, repellentlər, benzoquanamin qətranı, plastik sürtkülər, suyadavamlı mastikalar, kino-fotomateriallar üçün aşılayıcılar və aromatik nitrillər əsasında bir sıra birləşmələrin alınması üçün yeni texnologiyalar təklif edilmişdir. Funksional əvəzolunmuş aromatik karbohidrogenlərin böyük praktiki əhəmiyyəti olan nitrillərə çevrilməsinin oksidləşdirici ammonoliz proseslərinin elmi əsasları və yeni katalizatorlar işlənib hazıırlanmışdır. Aşağı molekullu parafinlərin oksidləşdirici dehidrogenləşməsi reaksiyası üçün vanadium oksid əsasında hopdurulmuş mürəkkəb oksid sistemlər sintez edilmiş, prosesin kinetika və mexanizmi öyrənilmişdir.