az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Yardımlı r- u, Kürəkçi kəndi

Təvəllüdü: 25.03.1941
Təhsili:

V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, kimya-biologiya müəllimi

Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.01 - Qeyri-üzvi kimya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 300, 12 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 250
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 42
Əsas elmi nailiyyətləri:

Üzvi materialşünaslıq sahəsində aparıcı alimlərdən olan Ö.M.Əliyevin elmi faliyyəti nadir torpaq  elementlərinin binar xalkogenidləri bazasında mürəkkəb tərkiblə yarımkecirici birləşmələrin proqnozu və sintezinin elmi əsaslarının hazırlanmasına yönəldilmişdir. Müəyyən edilmişdir ki, fiziki -kimyəvi xassələrin və kristallik qəfəs parametrlərinin mürəkkəb və qeyri-addutiv dəyişməsi qəfəsdə metal və qeyri-metal atomlarının əvəz olunması ilə idarə olunan ölçü və energetik faktoların birgə təsirinin nəticəsidir. Kristal quruluşunun deffektliyi nəzərə alınmağı çətin əriyən birləşmələrin qarşılıqlı həll olması üçün miqdarı kriteriya təklif olunmuş, xalkogenidlər əsasında 300-dən artıq kvazibinar sistemlərdə qarşılıqlı həllolma xarakteri müəyyən edilmişdir.

Çətin əriyən və davamsız birləşmələrin alınması üçün sadə üsul hazırlanmışdır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 18
elmlər doktorlarının sayı: 1
Elmi əsərlərin adları:

    1. Əliyev Ö.M. və b. Fiziki-kimyəvi analiz praktikumu.  Bakı, 2009,  825 səh.

    2. Əliyev Ö.M və b. Qeyri-üzvi kimya kursu. 1-ci hissə, Bakı, 2009, 428 səh.

    3. Əliyev Ö.M və b. Qeyri-üzvi kimya kursu. 2-ci hissə, Bakı, 2009, 624 səh.

Pedaqoji fəaliyyəti:

Azərbaycan Pedaqoji Universiteti, Ümumi Kimya Kafedrasının professoru

İş yeri və ünvanı:

AMEA Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29 

Vəzifəsi: Baş elmi işçi
Ev tel.:

(994 12) 4697277

Faks:

(994 12) 4970593

Elektron poçtu: chem@science.az