az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Ağcabədi r-u, Yeni Qaradolaq kəndi

Təvəllüdü: 17.06.1949
Təhsili:

Azərbaycan Dövlət Pedoqoji Universiteti, kimyaçı-müəllim

Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.01- Qeyri-üzvi kimya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 206; 4monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 74
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 5
Əsas elmi nailiyyətləri:

Müəyyən  olunmuşdur  ki, peritektik  birləşmələrin  quruluşu  ilə  onların  parçalanmasından əmələ  gələn  bərk  fazaların  quruluşu  arasında  sadə  planlı rekonstruksiya  əlaqəsi  ilə yanaşı  onların  bir-birinə çevrilməsini asanlaşdıran  atomların  cüzi  sürüşmə  mexanizmi  də baş  verir. Alınan  bu elmi  nəticələrə əsalanaraq lantanoidlərin  sulfidlərinin və  oksisulfidlərinin alınması  üçün  2 yeni  üsul  təklif  olunmuşdur. (Ga2S3)1-x  (Eu2O3)x  tərkibli  bərk  məhlullar əsasında yaşıl  rəngli işıqlanma verən  katodolüminoforlar alınmışdır. O uzun müddət  elektron selində işləyərkən  öz spektral  xarakteristkalarını  itirmir  və rəngli  televiziya  kineskoplarında,  elektron  selinin modullaşdırılması və skaynerləşdirilməsi  qurğularında,  eyni  zamanda optiki informasiyaların işləməsini  həyata  keçirən cihazlarda  istifadə  oluna bilər. La2O3-Ga2S3-Er2O3 üçlü  sistemində əmələ gələn  şüşə sahəsindən  nümunələrin  elektrofiziki və  fotolüminessent  xassələri  öyrənilmişdir. Müəyyən  olunmuşdur  ki, şüşələr  p-tip yarımkeçiricilərdir  və onlar spektrin  görünən  sahəsində  yüksək  işıqlanma  çıxımına  malik  fotolümino-fordur. Uzun  müddət aqressiv mühitdə  işləyərkən spektral  xarakteristikanı  itirmir. Er2O3 - BaSiO3-ErF3  üçlü  sistemində  faza  tarazlığını  tədqiq  edərək  BaSiO3  əsasında  bərk  məhlul sahəsindən  nümunələrdə  Yb3+  ionundan  (YbF3)  sensibilizator  kimi  istifadə  edərək  effektiv  xassəli  (BaSiO3)1-2x  (ErF3)x (YbF3)x  tərkibli  antistoks  lüminofor alınmış və  işıqlanma  mexanizmi öyrənilmişdir.  Həmin materialın  gecəgörmə cihazlarında, lifli xətti rabitə  sistem-lərində  işləyə biləcəyi tövsiyə olunmuşdur. Nd2S3-Ga2S3-EuS sistemində  əmələ  gələn  (EuGa2S4)0,98(NdGaS3)0,02 və EuNdGa3S7  tərkibli  monokristallar  spektrin  görünən  oblastında  şüalanma  verən  lüminofor   kimi  televiziya  və  optiki  informasiyaları  əks  etdirən ekranlarda  istifadə  oluna  bilər. Ən  başlıcası  isə  Nd3+ ionunun göstərilən  matrisalarda   yaxın  İQ- oblastda    güclü  şüalanma  effektinə  malik  olması  bu  materiallardan  lazer  elementi  kimi  istifadə  olunmasına imkan  yaradır.
 

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 8
Əsas elmi əsərlərin adları:
  1. А.Н.Георгиобиани, К.Бартау , П.Беналул, И.Б.Бахтиярлы, К.О.Тагиев. Люминеcценция кристаллов BaSiO3 активированных ионами Er3+  и Yb3+ Журн. Неорг. Материалы, 2009,  т.45, №9, стр.1110-1113.

  2. И.Б.Бахтиярлы, А.В.Нейматова, Ф.М.Мамедов. Фазовые равновесия в тройной системе. La2S3-Bi2S3-La2O3. Журн. Неорганическая химия. 2010, Т.55, №4, стр.671-675.  

  3. Ш.Г.Мамедов, И.Б.Бахтиярлы,    Г.Р.Гурбанов. Фазовые равновесия в  системе PbSnS2-PbSb2S4.   Журн. Неорганическая химия. 2010, Т.55, №4, стр.676-678. 

  4. Г.Р.Гурбанов, И.Б.Бахтиярлы, Р.Д.Курбанова. SnSbBiTe4-2Bi2Te3 в квазитройной системе SnTe-Bi2Te3-Sb2Te3. Журн. Неорганическая химия. 2010, Т.55, №7, стр.1149-1152. 

  5. I.B.Bachtiyarli, K.O.Taghiyev, F.A.Kazimova. Interaction in system Ba2SO3-ErOF. 7th  International Conference on Technical and Physical Problems   of Power. Engineering Proceedings 7-9. 2011, North Cyprus, Lefkosha, p.347-350.

 

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Beynəlxalq bioqrafiya mərkəzinin üzvü (Kembric, İngiltərə)
Təltif və fəxri adlar: Respublika xalq maarifi əlaçısı - 1988;

"XX əsrin görkəmli Adamı" - 1999

Pedaqoji fəaliyyəti: 2 il orta məktəbdə, 2 il ali məktəbdə müəllim
İş yeri və ünvanı: AMEA akad. M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu,  AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29
Vəzifəsi: Laboratoriya müdiri
Xidməti tel.: (994 12) 4587438
Ev tel.: (994 12) 4771345
Mobil tel.: (994 50) 3137323
Faks: (994 12) 4970593
Elektron poçtu: chem@science.az