| Anadan olduğu yer: | Ermənistan Respublikası, Qafan r-u, Zəngəzur mahalı |
| |
| Təvəllüdü: | 10.10.1948 | ||
| Təhsili: | Azərbaycan Neft və Kimya İnstitutu, mühəndis texnoloq, əsas üzvi və neft kimya sintezi | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.15 - Kimyəvi kinetika və kataliz | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 250 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 52 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 12 | ||
| Əsas elmi nailiyyətləri: |
Alifatik, olefin, dien, tsiklik, aromatik karbohidrogenlərin hallogenli törəmələrinin müxtəlif daşıyıcılar üzərinə çökdürülmüş vanadium, molibden, fosfor, sürmə, kobalt, bismut oksid katalizatorların səthində əhəmiyyətli üzvi turşu, anhidrid və aldehidlərə katalitik oksidləşmə proseslərinin və kiçik molekullu alifatik spirtlərin sirkonium, dəmir, vanadium ərintiləri, onların hidridləri üzərində oksidləşdirici dehidrogenləşmə reaksiyalarının elmi əsasları işlənib hazırlanmışdır. Bu proseslər üçün yüksək aktivlik və selektivlik göstərən katalitik sistemlər sintez olunmuş, aktivlik və selektivlik sıraları müəyyən edilmişdir. Bu proseslərin kinetik qanunauyğunluqları müəyyən edilmiş, hər bir proses üçün kinetik modellər tərtib olunmuşdur. Katalitik sistemlərin dezaktivləşmə və reaktivləşmə dinamikası tədqiq edilmiş, yeni qeyri-ənənəvi aktivləşmə üsulları təklif edilmişdir. Bu proseslərin ekoloji problemlərinin həllində praktiki əhəmiyyətini nəzərə alaraq, onların prinsipial texnoloji sxemləri, riyazi modelləri işlənib hazırlanmış və optimal layihələşdirilməsi təklif olunmuşdur. | ||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 7 | ||
| Əsas elmi əsərlərin adları: |
| ||
| Pedaqoji fəaliyyəti: |
Azərbaycan Pedaqoji Universitetinin Dövlət imtahan Komissiyasının sədri (1996-1997) 12 tələbə diplom rəhbəri , "Zəngi " liseyində müəllim (1997-2001), BDU (2003- hal-hazıradək) | ||
| İş yeri və ünvanı: |
AMEA-nın Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29 | ||
| Vəzifəsi: | Laboratoriya müdiri | ||
| Xidməti tel.: | (994 12) 4304012 | ||
| Ev tel.: | (994 12) 4322216 | ||
| Elektron poçtu: | chem@science.az | ||

