| Anadan olduğu yer: | Gürcüstan respublikası, Dmanisi r-u, Muğanlı kəndi | ![]() | |
| Təvəllüdü: | 15.09.1948 | ||
| Təhsili: | Azərbaycan Dövlət Neft Akademiyası, mühəndis texnoloq | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.08 - Element üzvi birləşmələr kimyası | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 273, 1 monoqrafiya | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 44 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 9 | ||
| Əsas elmi nailiyyətləri: |
Bir sıra keçid və nadir torpaq elementli, üzvi və metal-karbonil liqandlı yeni sinif koordinasion və metal üzvi birləşmələrin sintez metodları işlənib hazırlanmış, quruluşla xassə arasında asılılıqlar müəyyən edilərək, birləşmələrdəki metal atomlarının və onlarla əlaqədə olan liqandların təbiətlərinin öncə, onların reaksiyayagirmə qabiliyyətlərinə, sonra isə katalitik, antidetanasion xassələrinə təsiri müəyyən edilməklə yeni elmi istiqamət formalaşdırılaraq inkişaf etdirilmişdir. Ferrosen və simantren əsaslı birləşmələrin bəzilərindən mühərrik yanacaqlarında tetraetilqurğuşunu (TEQ) əvəz edə bilən ekoloji təmiz oktan-qaldırıcı qatqı kompozisiyaların alınmasında, polimer daşıyıcılarından istifadə etməklə isə yüksək effektli fotohəssas kompozit materialların hazırlanmasında istifadə edilmişdir. Bunlardan Respublikanın kimya və neft-kimya məhsulları əsasında alkilferrosen əsaslı “Kriskat” qatqı kompozisiyasının alınma texnologiyası işlənib hazırlanmışdır. Bu kompozisiyanın kütləvi istehsalı üçün layihə sənədləri hazırlanmış, fazalar arası kataliz şəraitində alınmış metalkarbinol birləşmələrindən Fe–Mn(Fe-Co) və əsaslı katalitik sistemlərdən istifadə etməklə merkaptanlı neft məhsullarının 20-600C demerkaptanizasiyasını həyata keçirmək mümkün olmuşdur. Z-forminq və yüksək qaynama temperaturlu oksigenli üzvi birləşmələrin sintez-qazdan alınması prosesləri üçün Zn–Mo əsaslı daha aktiv və selektiv katalitik sistemlər işlənib hazırlanmışdır.
| ||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 22 | ||
| elmlər doktorların sayı: | 1 | ||
| Əsas elmi əsərlərin adları: |
| ||
| Təltif və fəxri adlar: | AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı | ||
| İş yeri və ünvanı: | AMEA-nın Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29 | ||
| Vəzifəsi: | Laboratoriya müdiri | ||
| Xidməti tel.: | (994 12) 4379765 | ||
| Ev tel.: | (994 12) 4905786 | ||
| Faks: | (994 12) 4970593 | ||
| Elektron poçtu: | chem@science.az | ||

