az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5399195

Faks:

(994 12) 5387756

Email:

itpcht@itpcht.ab.az

Struktur bölmənin rəhbəri:

Adil Rəsul oğlu Quliyev
Kimya elmləri namizədi, baş elmi işçi

İşçilərin ümumi sayı:

13

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Kimya sənayesinin çoxmərhələli proseslərini bir reaktorda reallaşdırmaq üçün polifunksional seolit katalizatorlarının işlənib hazrlanması.

Struktur bölmənin əsas elmi nəticələri:

Kimya sənayesində mövcud olan proseslərin əksəriyyəti çoxmərhələlidir, maye fazada, ağır şəraitdə, bahalı katalizatorların iştirakı ilə əsas məhsulların nisbətən aşağı çıxımları ilə aparılır. Bunları nəzərə alaraq, buxar fazada bir reaktorda reallaşan, sintez olunmuş yüksək aktivliyə malik polifunksional seolit katalizatorlar üzərində aparılan yeni yüksək effektli proseslər işlənib hazırlanmışdır. Belə proseslərdən buxar fazada keçirilən alifatik spirtlərdən metil-, etil-, n-propil- və butil spirtlərin müvafiq aldehidlərə, izopropil spirtinin asetona oksidləşdirilməsi, etil spirtinin etilasetata çevrilməsi və sirkə turşusunun etil və butil spirtləri ilə efirləşdirilməsi prosesləri işlənib hazırlanmışdır. Bu proseslər üçün təbii və sintetik seolitlər əsasında bir sıra katalizatorlar sintez edilmiş və onlardan yüksək aktivliyə malik olanlar seçilmişdir. Proseslərin kinetik qanunauyğunluqları öyrənilmiş və kinetik modelləri işlənib hazırlanmışdır.