az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5389765

Faks:

(994 12) 4970597

Email:

efendi@lan.ab.az

Struktur bölmənin rəhbəri:

Elnur Şamxal oğlu Məmmədov
Kimya elmləri namizədi

İşçilərin ümumi sayı:

11

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Alifatik və alitsiklik sıralarının doymamış birləşmələrinin selenləşmə reaksiyalarının tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:

Selenüzvi birləşmələrin sintezində tətbiq olunan yeni katalitik sistemlərin yaradılması, alınmış birləşmələrin bioloji aktivliklərinin öyrənilməsi, onlardan polimer birləşmələr üçün modifikatorlar və şüaya həssas preparatların hazırlanması istiqamətində geniş tədqiqatlar aparılmışdır. Alınan yeni sinif üzvi birləşmələr: bis-[2-(urasilil-1)etil] selenid və bis (urasilil-1) selen-oksometan məlum olan və təcrübədə tətbiq olunan şiş əleyhinə (sarkolizin), antibakterial (remantadin) və başqa antimikrob maddələrin bioloji aktivliyi ilə yüksək səviyyədə rəqabət apara bilərlər. Sintez olunmuş metilurasilin alkil törəmələri - 1-(2,3-epoksipropil)-6-metilurasil, 2-(6-metilurasilil-1) etilbromid, 1-(allil)- və 1,3-diallil-6-metilurasilil və bis(6-metilurasilil-1) selenoksometan - bioloji aktiv maddələr sayılır və həm də üzvi maddələrin alınmasında aralıq məhsul hesab olunur. Respublikanın kənd təsərrüfatında ipək qurdu baramasının boy stimulyatoru kimi 2-di-butilaminoetanselenol-1-in müvəffəqiyyətli sınaqları keçirilmişdir. Günəş enerjisinin dəyişdiriciləri kimi üzvi fotokeçiricilərin sensibilizatorları kimi istifadə oluna bilən selendiimidlərin sırasından olan fotoaktiv üzvi birləşmələrin yeni sinfi alınmış və öyrənilmişdir. Bis-(5-ftorurasilil-1) selenoksimetanın alınma üsulu İ.P.Pavlov adına Ryazan tibb institutunda tədris prosesinə daxil edilmişdir.