az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın müxbir üzvləri Ağasəlim Kərim oğlu Ələsgərov

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü: 22.05.1928
Təhsili: K.Marks adına Azərbaycan Dövlət Xalq Təssərrüfatı İnstitutu, iqtisadçı
Elmi dərəcəsi: İqtisadi elmlər doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 08.00.01- Siyasi iqtisad
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1989, iqtisadiyyat
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 172
Xaricdə çıxmış elmi əsərlərin sayı: 5
Əsas elmi nailiyyətləri:

İlk dəfə SSRİ kolxozlarında kənd təsərrüfatı məhsullarının maya dəyərinin hesablanması metodikası, onların daxili təsərrüfat hesabına keçirilməsinə dair nümunəvi əsasnamə, onun tətbiq edilməsinin metodiki göstəricisi işlənmiş; Azərbaycan sovet kəndində ictimai-iqtisadi irəliləmələr tədqiq  edilmiş; Azərbaycanın respublikalararası nəqliyyat-iqtisadi əlaqələrinin təkmilləşdirilməsi yolları müəyyən edilmişdi. Müəllif kənd təsərrüfatının ixtisaslaşdırılmasının iqtisadi səmərəliliyinin yüksəldilməsi problemlərini işləmiş; Sovet Azərbaycanının iqtisadiyyatını inkişafına dair kollektiv tədqiqatın hazırlanmasında fəal iştirak etmişdir. Ərzaq proqramı, respublikada üzümçülük xalq təsərrüfatı kompleksi, elmi-texniki tərəqqinin kompleks proqramının işlənməsində iştirak etmişdir. Hazırda bazar iqtisadiyyatı əlaqələrinin yaranması, formalaşması və inkişafı istiqamətlərini İran İslam Respublikası, Rusiya Federasiyası, Orta Asiya respublikaları timsalında tədqiq  edir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 24
elmlər doktorlarının sayı: 2
Əsas elmi əsərlərin adları:
  1. "Sosialist istehsalının yerləşdirilməsi məsələləri"

  2. "Kənd təsərrüfatının ixtisaslaşdırılması və onun iqtisadi səmərəliliyi"

  3. "Müasir dövrdə Azərbaycan sovet kəndində ictimai-iqtisadi irəliləmələr"

  4. "Bazar və Azərbaycan Respublikasının dünya birliyi ilə xarici iqtisadi əlaqələrinin səmərəli inkişafı problemləri",

  5. "Keçid cəmiyyətinin sosial-iqtisadi problemləri (MDB ölkələrinin təcrübəsindən)" və s.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

"Cəmiyyət və iqtisadiyyat" adlı Beynəlxalq elmi və ictimai siyasi jurnalının redaksiya heyətinin üzvüdür.

Təltif və mükafatlar:

Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin Elmi Şurasının I dərəcəli mükafatı - 2000

Pedaqoji fəaliyyəti:

Azərbaycan Neft Akademiyasında, Azərbaycan Dövlət İqtisadi Universitetində, Bakı Dövlət Universitetində professor rütbəsində əvəzçiliklə çalışmışdır.

İş yeri və ünvanı: AMEA-nın İqtisadiyyat İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H. Cavid pr., 31
Vəzifəsi: "Xarici iqtisadi əlaqələr" şöbəsinin müdiri
Xidməti tel.: (994 12) 4393457
Ev tel.: (994 12) 4911106