az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Ağdam ş.
Təvəllüdü: 10.02.1942
Təhsili: M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, avtomatika və telemexanika
Elmi dərəcəsi: Texnika Elmləri Doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 05.13.06 - Məlumatın işlənməsi və idarəetmənin avtomatlaşdırılması sistemləri
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1989, informatika, hesablama texnikası, avtomatlaşdırma
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 300
Xaricdə çıxmış elmi əsərlərin sayı: 220
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 30
Əsas elmi nailiyyətləri:
  1. Çoxölçülü determiristik, stoxastik (1967), qeyri-səlis (1981) idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması.

  2. İntellektual sənaye sistemlərində qərar qəbuletmə və proseslərin idarə olunmasının inteqrasiya prinsiplərinin inisializasiyası (1969).

  3. Stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi (1976).

  4. Çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi (1980).

  5. AL11, AL12 və AL13 qeyri-səlis məntiqinin yaradılması (1984-1986).

  6. Qeyri-səlis modellərin adekvatlığ şərtlərinin formalaşdırılması (1984).

  7. Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsipinin işlənməsi (1986).

  8. ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərinin işlənməsi (1987).

  9.  Qeyri-səlis paylanmış intellektual sistemlərin konsepsiyasının formalaşdırılması (1988), onların yaradılma metodlarının işlənməsi (1993)

  10. Agentləri arasında rəqabət və kooperasiya olan Soft Computing əsaslı çoxagentli intellektual sistemlərin inisializasiyası (1997).

  11. Qeyri-səlis neyron şəbəkələrinin genetik alqoritmlərə əsaslanan öyrənmə metodunun işlənməsi (1997).

  12. Genetik alqoritmlər əsasında qeyri-səlis reqressiya təhlilinin yeni konsepsiyasının işlənməsi (1998).

  13. Qeyri-səlis proqnozlaşdırmanın yeni üsulunun işlənməsi (2001)

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 150
elmlər doktorlarının sayı: 20
Əsas elmi əsərlərin adları:
  1. Əliyev R.Ə. Avtomatik idarəetmə. Bakı: Maarif, 1993, 622 səh.(Azərbaycan dilində).

  2. Алиев Р.А. Методы интеграции в системах управления производством. Moskva: Energoatomizdat, 1989, 271 s.

  3. Aliev R.A., Aliev F.T., and Babaev M.D., Fuzzy Process Control and Knowledge Engineering. Koln: Verlag TUV Rheinland, 1991, p.148. (İngilis dilində).

  4. Aliev R.A., Bonfig K.W., and Aliev F.T., Soft Computing, Technik Verlag, Berlin, Germany, 2000, p.448. (Alman dilində).

  5. Aliev R.A., and Aliev R.R., Soft Computing and its Application, World Scientific, New Jersey, London, Singapure, Hong Kong, 2001. (İngilis dilində).

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: IFSA-nın üzvü
Təltif və mükafatlar: Elm sahəsində Azərbaycan Lenin Komsomolu Mükafatı Laureatı - 1971;

Elm və Texnika üzrə SSRİ Dövlət Mükafatı -1983

Pedaqoji fəaliyyəti:

1976-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası

(M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, Azərbaycan Sənaye Universeti)

İş yeri və ünvanı: Azərbaycan Dövlət Neft Akademiyası, AZ1010, Bakı şəhəri, Azadlıq prospekti 20
Vəzifəsi: Avtomatlaşdırılmış İdarəetmə Sistemləri kafedrasının müdiri
Xidməti tel.: (994 12) 4984509, (994 12) 4934538
Ev tel.: (994 12) 4920906
Mobil tel.: (994 50) 3253631
Faks: (994 12) 4984509
Elektron poçtu: r_aliev@hotmail.com,   RAliev@iatp.baku.azRaliev@iatp.aznet.org